Icma.az
close
up
RU
WUF13 qlobal gündəliyin formalaşdırıldığı mühüm platforma kimi tarixə düşdü ŞƏRH

WUF13 qlobal gündəliyin formalaşdırıldığı mühüm platforma kimi tarixə düşdü ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 25 may, AZƏRTAC

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası - WUF13 təkcə beynəlxalq şəhərsalma tədbiri deyil, həm də qlobal siyasi-humanitar gündəliyin formalaşdırıldığı mühüm platforma kimi tarixə düşdü. Tədbirin yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” isə dünyanın şəhərsalma, postmünaqişə bərpası, məcburi köçkünlərin reinteqrasiyası və dayanıqlı şəhər inkişafı ilə bağlı yeni yanaşmaları özündə əks etdirən strateji sənəd kimi xüsusi əhəmiyyət qazandı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Nicat İsmayılov deyib.

Onun sözlərinə görə, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, diplomatik imkanlarının və qlobal problemlərin həllində artan rolunun növbəti təsdiqi oldu. Dünyanın 176 ölkəsindən 58 mindən artıq iştirakçının qatıldığı tədbir indiyədək keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi tarixə düşdü. Bu göstərici təkcə tədbirin miqyası deyil, həm də Azərbaycanın təhlükəsiz, müasir və beynəlxalq əməkdaşlıq üçün etibarlı məkan kimi qəbul edilməsinin göstəricisidir.

“Bakı Fəaliyyətə Çağırış” sənədində Azərbaycan dövlətinə və xalqına göstərilən minnətdarlıq xüsusi diqqət çəkir. Sənəddə ölkəmizin innovativ WUF13-ə yüksək səviyyədə ev sahibliyi etməsi və nümayiş etdirdiyi səmimi qonaqpərvərlik vurğulanır. Bu məqam Azərbaycan xalqının milli-mədəni dəyərlərinin, tolerantlıq ənənələrinin və beynəlxalq əməkdaşlığa açıq siyasətinin qlobal səviyyədə etirafı kimi qiymətləndirilə bilər.

Diqqət çəkən digər mühüm məqam isə müharibə və urbisid anlayışına verilən xüsusi diqqətdir. Qeyd olunur ki, münaqişə və müharibələr məktəblər, xəstəxanalar, yaşayış evləri, ictimai infrastruktur kimi mülki obyektləri məhv etməklə yanaşı, ətraf mühitə və biomüxtəlifliyə də ciddi zərbə vurur. Bu, insanların evsiz qalmasına, qaçqın və ya məcburi köçkünə çevrilməsinə səbəb olur. Əslində bu müddəalar Azərbaycanın uzun illər ərzində üzləşdiyi reallıqların beynəlxalq səviyyədə etirafı kimi dəyərləndirilə bilər. Qarabağ bölgəsində şəhərlərin tamamilə dağıdılması, tarixi-mədəni irsin məhv edilməsi, ekoloji terror faktları və infrastruktura vurulan zərər məhz urbisidin ən açıq nümunələrindən biri idi. Sənəddə Azərbaycanın postmünaqişə dövründə bərpa sahəsində təcrübəsinin xüsusi qeyd olunması isə strateji əhəmiyyət daşıyan məqamdır. İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma proqramları artıq beynəlxalq səviyyədə nümunə kimi qəbul edilir. Tamamilə dağıdılmış şəhər və kəndlərin “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulması, müasir infrastruktur layihələrinin həyata keçirilməsi, yaşıl enerji zonalarının yaradılması və Böyük Qayıdış proqramı dünya üçün mühüm model hesab olunur. Münaqişədən sonra bərpa və yenidənqurma səylərinin prioritetləşdirilməsi, eləcə də məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin olunması məqsədilə əlaqələndirilmiş yanaşmanın vacibliyi vurğulanır. Bu çağırış xüsusilə Azərbaycan üçün mühüm siyasi və humanitar əhəmiyyət daşıyır. Çünki ölkəmiz otuz ilə yaxın müddətdə milyonlarla qaçqın və məcburi köçkün problemini yaşamış, indi isə onların doğma torpaqlarına qayıdışını təmin edən irimiqyaslı dövlət proqramı həyata keçirməkdədir”, - deyə Nicat İsmayılov qeyd edib.

Siyasi şərhçi vurğulayıb ki, WUF13 çərçivəsində ilk dəfə olaraq ev sahibi ölkənin təşəbbüsü ilə keçirilən Liderlərin Bəyanatları Sessiyası beynəlxalq siyasi baxımdan xüsusi əhəmiyyət daşıdı. 27 dövlət və hökumət başçısının iştirak etdiyi bu sessiya artıq WUF13-ün sırf şəhərsalma müstəvisindən çıxaraq qlobal siyasi dialoq platformasına çevrildiyini nümayiş etdirdi. Bu təşəbbüs Azərbaycanın beynəlxalq təşkilatlar daxilində yeni diplomatik formatlar yaratmaq bacarığını və çoxtərəfli əməkdaşlığa verdiyi töhfəni ortaya qoydu. Bundan başqa, Forum çərçivəsində təqdim olunan Bakı Şəhər Mükafatı da xüsusi önəm daşıyan təşəbbüslərdən biri oldu. Bu mükafat dayanıqlı şəhər inkişafı, innovativ urbanizasiya və sosial inklüzivlik sahəsində qabaqcıl təcrübələrin təşviqinə xidmət edir. Bakı Şəhər Mükafatının təsis edilməsi Azərbaycanın qlobal urbanizasiya siyasətində təşəbbüskar aktora çevrildiyini göstərir.

“WUF13 və onun yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın beynəlxalq siyasi çəkisini daha da artıran mühüm hadisə kimi qiymətləndirilə bilər. Sessiya göstərdi ki, Azərbaycan artıq yalnız regional enerji və nəqliyyat layihələrinin iştirakçısı deyil, həm də qlobal humanitar, urbanizasiya və postmünaqişə inkişaf siyasətlərinin formalaşmasına töhfə verən dövlətlərdən biridir.

Bu gün dünya sürətlə urbanizasiya, iqlim dəyişiklikləri, münaqişələr və miqrasiya problemləri ilə üz-üzədir. Belə bir şəraitdə Bakıdan verilən çağırış qlobal həmrəylik, dayanıqlı inkişaf və humanitar məsuliyyət prinsiplərinə əsaslanan yeni beynəlxalq əməkdaşlıq modelinin formalaşmasına xidmət edir. “Bakı Fəaliyyətə Çağırış” məhz bu baxımdan gələcəyin şəhərlərinin necə qurulacağına dair strateji yol xəritəsi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun və siyasi-diplomatik imkanlarının yeni göstəricisi kimi də tarixə düşür”, - deyə Nicat İsmayılov əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri