Icma.az
close
up
RU
WUF13 Azərbaycanın qlobal gündəliyin formalaşdırıldığı platformaya çevrildiyini göstərdi Deputat

WUF13 Azərbaycanın qlobal gündəliyin formalaşdırıldığı platformaya çevrildiyini göstərdi Deputat

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 Azərbaycanın diplomatik gücünün, təşkilati potensialının və qlobal təşəbbüslərdə artan rolunun növbəti nümayişi oldu”.

Bu sözləri Lent.az-a Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.

Deputatın sözlərinə görə, 176 ölkədən 58 min iştirakçını bir araya gətirən WUF13 bu günədək keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi tarixə düşdü və COP29-dan sonra Azərbaycanda təşkil olunan ikinci ən böyük beynəlxalq tədbir oldu.

Nigar Məmmədova qeyd edir ki, Bakı bir daha qlobal həmrəyliyin, çoxtərəfli əməkdaşlığın və beynəlxalq dialoqun mühüm mərkəzi kimi çıxış etdi:

“Forumun miqyası və ona göstərilən böyük maraq Azərbaycanın qlobal gündəliyin formalaşdırıldığı siyasi platformaya çevrildiyini göstərdi. WUF13-ün ən mühüm siyasi hadisəsi Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil olunan Liderlərin Bəyanatları Sessiyası oldu. Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə keçirilən bu sessiyada 27 dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərləri və yüksək səviyyəli nümayəndələr iştirak etdilər. Bu fakt özü Azərbaycanın beynəlxalq diplomatik nüfuzunun ilbəil artdığını açıq şəkildə nümayiş etdirir”.

Deputat onu da vurğulayır ki, liderlər çıxışlarında Azərbaycana yüksək qonaqpərvərliyə, səmərəli beynəlxalq dialoq üçün yaradılmış şəraitə və forumun mükəmməl təşkilinə görə minnətdarlıqlarını ifadə etdilər:

“Bu sessiya şəhərsalma məsələlərinin humanitar və təhlükəsizlik aspektlərini özündə birləşdirən qlobal çağırış olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Liderlər Sessiyası şəhərsalma üzrə müzakirələri yeni siyasi müstəviyə çıxardı. Bu addım həm də Azərbaycanın yeni beynəlxalq dialoq formatları formalaşdırmaq qabiliyyətinin göstəricisinə çevrildi. WUF13 çərçivəsində keçirilən Nazirlər görüşündə isə 70-dək ölkəni təmsil edən nazirlər və nazir müavinləri iştirak etdilər. Görüşün yekununda qəbul edilmiş “Sədrin xülasəsi” sənədində Prezident İlham Əliyevin uzaqgörən liderliyi xüsusi vurğulandı”.

Nigar Məmmədova onu da bildirib ki, sözü gedən sənəddə WUF13-ün Ümumdünya Şəhərsalma Forumunun ən böyük sessiyası olduğu qeyd edildi, Azərbaycan hökumətinə və xalqına yüksək səviyyəli təşkilatçılıq və qonaqpərvərliyə görə təşəkkür ifadə olundu:

“Eyni zamanda, ilk Liderlərin Bəyanatları Sessiyası və gələcək WUF sessiyaları üçün Bakı standartlarına əsaslanan əməliyyat təlimatlarının hazırlanması təşəbbüsü alqışlandı. Bu, Azərbaycanın artıq beynəlxalq tədbirlərin standartlarını müəyyən edən ölkəyə çevrildiyini göstərir. WUF13 zamanı Azərbaycan qlobal şəhərsalma gündəliyinə mühüm töhfələr verdi. Forum çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Azərbaycanın öz maliyyə və insan resursları hesabına urbisidə, ekosidə və kultursidə məruz qalmış 9 şəhər və 100-dən çox kəndi yenidən qurması dünyanın diqqət mərkəzində oldu. Beynəlxalq iştirakçılar Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini digər postmünaqişə ölkələri üçün nümunə kimi dəyərləndirdilər”.

Həmsöhbətimiz onu da qeyd edir ki, Forumda “Böyük Qayıdış” Proqramı da xüsusi maraq doğurdu, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qaytarılması istiqamətində həyata keçirilən siyasət humanitar və sosial baxımdan nümunəvi yanaşma kimi təqdim edildi:

“WUF13-ün yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” sənədində Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma sahəsində təcrübəsi mühüm beynəlxalq nümunə kimi qeyd olundu. Bu, işğal dövründə erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış şəhər və kəndlərin qısa müddətdə yenidən qurulmasının beynəlxalq səviyyədə qəbul edildiyini göstərir. Sənəddə həmçinin münaqişə və müharibələrin məktəblərə, xəstəxanalara, yaşayış evlərinə, ətraf mühitə və biomüxtəlifliyə vurduğu zərərin xüsusi vurğulanması Azərbaycanın uzun illər ərzində üzləşdiyi urbisid və ekosid siyasətinin beynəlxalq səviyyədə tanınması baxımından mühüm siyasi əhəmiyyət daşıyır.

Görünən budur ki, beynəlxalq ictimaiyyət Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq işlərini açıq şəkildə dəstəkləyir və bunu nümunəvi model kimi təqdim edir”.

Deputat xatırladır ki, COP29-da olduğu kimi, bu forum da gələcək beynəlxalq təşəbbüslər üçün mühüm platforma yaratdı:

“Bakı Şəhər Mükafatının təsis olunması, milli şəhərsalma forumları təşəbbüsü və gələcək WUF sessiyaları üçün Bakı standartlarının hazırlanması bunun bariz göstəricisidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı” adlı yüksəksəviyyəli forum isə şəhərsalma ilə ekologiyanın və insan sağlamlığının əlaqəsini qlobal gündəliyə çıxardı. Tədbirdə təmiz hava məsələsinin gələcək WUF sessiyalarında daimi mövzuya çevrilməsi çağırışı edildi. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan artıq qlobal proseslərə təsir edən, yeni beynəlxalq təşəbbüslər irəli sürən və çoxtərəfli əməkdaşlığı təşviq edən mühüm dövlətlərdən birinə çevrilib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 May 2026 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri