Icma.az
close
up
RU
WUF13 Radiospektrin İdarə Edilməsi Portalı istifadəyə verilib

WUF13 Radiospektrin İdarə Edilməsi Portalı istifadəyə verilib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mayın 17–22-də Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində tədbirin texniki hazırlıq işləri çərçivəsində WUF13 Radiospektrin İdarə Edilməsi Portalı istifadəyə verilib.

XQ xəbər verir ki, yeni yaradılmış portal tədbir zamanı simsiz cihazların təhlükəsiz, fasiləsiz və koordinasiyalı şəkildə istifadəsini təmin etmək məqsədi daşıyır. Bu portal vasitəsilə akkreditə olunmuş iştirakçılar istifadə etməyi planlaşdırdıqları simsiz cihazları əvvəlcədən qeydiyyatdan keçirə və həmin cihazlar üçün müvafiq radiospektrin ayrılması ilə bağlı müraciətlərini elektron qaydada təqdim edə bilərlər.

WUF13 çərçivəsində simsiz cihazlardan istifadə etmək istəyən bütün iştirakçılar ilk növbədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) rəsmi qeydiyyat sistemi olan GEMS portalı vasitəsilə akkreditasiyadan keçməlidirlər. Akkreditasiya təsdiqləndikdən sonra iştirakçılar Radiospektrin İdarə Edilməsi Portalında şəxsi istifadəçi hesabı yaradaraq hər bir cihaz üzrə tələb olunan texniki məlumatları təqdim etməli və radiospektrin müvəqqəti ayrılması üçün müraciət göndərməlidir.

Müraciətlərə baxıldıqdan sonra təsdiq edilmiş cihazlar üzrə iştirakçılara elektron poçt vasitəsilə müvafiq radiotezliklər barədə məlumat təqdim olunur və həmin cihazlara aid QR kod portal üzərindən aktivləşdirilir.

Tədbir məkanında bütün təsdiqlənmiş cihazlar texniki yoxlama və etiketlənmə prosedurundan keçməlidir. Yalnız bu mərhələdən uğurla keçmiş və müvafiq qaydada etiketlənmiş simsiz cihazların istifadə olunmasına icazə veriləcək.

Simsiz cihazların qeydiyyatı və radiospektr üzrə müraciətlərin təqdim edilməsi üçün son tarix 30 aprel 2026-cı ildir.

WUF13 Radiospektrin İdarə Edilməsi Portalı ilə bağlı əlavə suallar və texniki dəstək üçün iştirakçılar [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Mart 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri