Icma.az
close
up
RU
WUF13 ün yeni yanaşması

WUF13 ün yeni yanaşması

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Biznes və İnnovasiya Mərkəzi investorlar və texnologiya şirkətləri arasında işgüzar əlaqə yaradır

Bir neçə gündən sonra Bakı şəhərində start götürəcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) innovativ yanaşmaları təşviq etmək məqsədilə təsis olunan Biznes və İnnovasiya Mərkəzinin proqramı ictimaiyyətə açıqlanıb. Mərkəz öz xüsusi proqramı vasitəsilə şəhərsalma prosesinin bütün mərhələlərini əhatə edən praktik həlləri, icra üsullarını və tərəfdaşlıq əlaqələrini ön plana çıxaracaq. WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu çərçivəsində qlobal mənzil böhranına cavab verən yanaşmaların inkişafına dəstək verəcək və əsas diqqəti innovasiya, investisiya və icra məsələlərinə yönəldəcək.

Şəhərsalma modellərinin təşviqində mühüm platforma

Biznes və İnnovasiya Mərkəzinin əsas məqsədi mənzil təminatının real təcrübədə həyata keçirilməsi yollarını göstərmək və səmərəli əməkdaşlıq qurmaq, tikinti biznesi icması arasında əlaqələndirməni təmin edən çevik platforma yaratmaqdır. Bu məqsədlə proqram çərçivəsində innovativ mənzil təchizatı və əsas xidmətlər üzrə həll yollarının inkişafı ilə məşğul olan özəl sektor nümayəndələri və digər maraqlı tərəflər bir araya gələcək. Tərəflər müasir şəhərsalma modellərini birgə öyrənmək üçün təşviqedici niyyətlərini ictimaiyyətlə bölüşəcək.

Biznes və İnnovasiya Mərkəzi proqram ssenarisi üzrə şəhərsalmada dəyər zəncirinin praktik tətbiqinə dair 15 sessiya keçirməyi planlaşdırır. Sessiyalarda dayanıqlı şəhərsalma və layiqli mənzil təminatında tərəfdaşlar, şirkətlər və biznes assosiasiyalarının rolu, onlar tərəfindən həyata keçirilən real layihələr və təcrübələrin şəhərsalmanının inkişafına verdiyi töhfələr nümayiş olunacaq. Bununla da, Mərkəz iri şirkətlərdən tutmuş kiçik və orta biznes müəssisələri, startaplar və biznes assosiasiyaları arasında vahid əlaqələndirməni təmin etməklə, innovasiya, texnologiya və şəhərsalma ilə bağlı yeni yanaşmaları ictimaiyyətə təqdim edəcək. Bu isə şəhərlərin landşaftını müəyyən edən şirkət və investorlar, innovasiya təcrübəsini praktikaya çevirən mütəxəssis korpusu arasında mübadiləni təşviq edərək şəhərsalma üzrə dəyər zəncirinin yaranmasına töhfə verəcək.

Startap layihələrinə dəstək

Biznes və İnnovasiya Mərkəzində yeni yaradılmış şirkətlərin və gənc sahibkarların öz innovasiyalarını nümayiş etdirmələri üçün xüsusi məkan - Startap Pavilyonu da təqdim olunacaq. Dünya üzrə 10 ölkədən seçilmiş 14 startap layihəsinin iştirakı edəcəyi Pavilyonun məqsədi yeni biznes ideyalarını dəstəkləmək və mənzil təminatı, şəhərsalma problemlərinin həllində mütərəqqi startap layihələrini ön plana çıxarmaqdır.

Hazırda inkişaf etmiş dünya ölkələrində startaplar müasir şəhərsalma innovasiyalarının əsas hərəkətverici qüvvəsi kimi çıxış edir, texnologiyaların tətbiqini asanlaşdırır və şəhər mühitini daha ağıllı, davamlı və dayanıqlı infrastrukturlar üzərində qurur. Bu tip layihələr əsasən süni intellekt, robototexnika, nəqliyyat və digər sahələrdəki mürəkkəb problemləri həll etməklə şəhərlərin inkişafına töhfə verir. Şəhərsalma sahəsində innovativ startapların əsas istiqamətləri “ağıllı şəhər” idarəetməsi vasitəsilə şəhər infrastrukturunun, o cümlədən enerji və su təchizatının optimallaşdırılması, şəhərdaxili hərəkətin səmərəlililiyini təmin edən yeni layihələrin hazırlanması, nəqliyyat infrastrukturunun yenidən qurulması, nəqliyyat xidmətlərinin rəqəmsallaşdırılması ilə bağlıdır. KOBİA tərəfindən dəstəklənən startap şəhadətnaməsi alan layihələr daha çox investorların diqqətini cəlb etməklə şəhər rəqəmsal ekosisteminin inkişafına töhfə verir. Bu baxımdan, WUF13 tədbiri innovasiyalar və startaplar üçün də şəhərsalma ekosistemi quruculuğunda rolunu artırmış olacaq.

“Yaşıl tikinti” texnologiyalarının tətbiqi

Şəhərsalmada “yaşıl tikinti” layihələri də mühüm yer tutur və ekoloji cəhətdən təmiz və sağlam binalar tikmək üçün istifadə olunur. Bu cür layihələrdə ətraf mühitə təsirləri minimuma endirmək üçün material seçimi, enerji istifadəsi, suya qənaət və tullantıların idarə edilməsi kimi amillər diqqətlə planlaşdırılır. Bura, həmçinin binanın layihələndirildiyi yerin seçilməsi, tikintisi, istismarı, təmiri və hətta sökülməsi də aiddir. “Yaşıl tikinti”nin digər məqsədi binaların keyfiyyətinin qorunması və ya artırılması, onların daxili mühitində rahatlığın təmin edilməsidir. Bu tikinti növü klassik tikinti-layihə ənənələrini qənaətlilik, faydalılıq, uzunömürlülük və rahatlıq kimi anlayışlarla təkmilləşdirir.

Dünya ölkələrində davamlı olaraq “yaşıl tikinti” texnologiyaları daim təkmilləşir və onların əsas məqsədi tikilinin ətraf mühitə və insan sağlamlığına ümumi zərərini azaltmaqdır. Azərbaycanın “yaşıl həmrəylik” strategiyasına sadiqliyi, WUF13-ə ev sahibliyi edən məsuliyyətli ölkə kimi şəhərsalmada ətraf mühitin qorunması istiqamətində davamlı təşəbbüslər göstərməsi “yaşıl tikinti” seqmentinə keçidi üçün mühüm əsaslar yaradır.

WUF13-ün vergi güzəştləri

Şəhərsalma Forumunda biznes üçün xüsusi əhəmiyyət daşıyan sahələrdən biri də vergi güzəştlərinin tətbiqidir. Belə ki, WUF13-lə əlaqədar qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri cari ilin sentyabr ayına qədər vergi güzəşti ilə əhatə olunacaq. Belə ki, WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlər, qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri vergilərdən azad olunacaq. Eləcə də, qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlərin mənfəət vergisindən azad edilməsi, müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedici sənəd əsasında malların idxalının ƏDV-dən azad olunması nəzərdə tutulur.

Qeyd edilən fəaliyyət sahələrində çalışan sahibkarların Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq dövründə və tədbir müddətində göstərdikləri iş və xidmətlərdən əldə etdikləri gəlirlər vergidən azad olunmaqla, onların dövriyyə imkanlarını yaxşılaşdıracaq.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 May 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri