Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

WUF13 və bayram günləri ərəfəsində cənub bölgəsinə turist axını gözlənilir

WUF13 və bayram günləri ərəfəsində cənub bölgəsinə turist axını gözlənilir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Lənkəran, 15 may, AZƏRTAC

Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) (WUF13) ölkəmizin paytaxtı ilə yanaşı, regionların da beynəlxalq turizm xəritəsindəki mövqeyini möhkəmləndirəcək. Azərbaycanın füsunkar bölgələri, xüsusilə də zəngin təbiəti və qədim mədəniyyəti ilə seçilən cənub regionu bu mötəbər tədbir çərçivəsində ölkəmizə gələcək çoxsaylı xarici qonaqları qarşılamağa hazırdır. Yeni turizm mövsümü ərəfəsində ölkəmizin cənub bölgəsində hazırlıq işləri artıq yekunlaşmaq üzrədir.

Regionun turizm potensialına artan maraq yeni istirahət məkanlarının, xüsusilə də son illərin trendi olan aqroturizm obyektlərinin fəaliyyətə başlamasını əhəmiyyətli dərəcədə sürətləndirib. Cari mövsümdən etibarən qlobal forumun nümayəndələri və turistlər cənubun füsunkar təbiətində dincəlməklə yanaşı, həm də kənd həyatının koloriti ilə yaxından tanış olmaq, yerli adət-ənənələri və təbii mühiti yaxından müşahidə etmək imkanı qazanacaqlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aqroturizm sahəsindəki canlanma bölgədə yeni infrastruktur layihələrinin icrasını da stimullaşdırır. Qonaqların səyahət marşrutlarını asanlıqla müəyyənləşdirməsi və bölgənin turizm imkanlarından maksimum yararlanması məqsədilə Lənkəran şəhərində müasir standartlara cavab verən turist məlumat köşkü fəaliyyət göstərir. Burada müraciət edən hər bir turistə bölgənin tarixi-mədəni abidələri, kənd turizm evləri, yerləşmə imkanları və ən cəlbedici istirahət nöqtələri barədə operativ və ətraflı məlumatlar təqdim olunur.

Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov bildirib ki, bu mövsümdə bölgədə yeni aqroturizm obyektlərinin fəaliyyətə başlaması nəzərdə tutulur. Onun sözlərinə görə, fəaliyyət göstərən aqroturizm məkanlarında da turistlər üçün yeni xidmət və əyləncə növləri təqdim olunacaq.

Onun sözlərinə görə, xüsusilə kənd turizmi istiqamətində mühüm işlər görülüb və kənd turizm evlərinin sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu isə insanların kənd və aqroturizmə marağının yüksəldiyini göstərir.

Hazırda bölgədə fəaliyyət göstərən turizm obyektlərində monitorinqlər aparılır. Məqsəd turistlərə təqdim olunan xidmətlərin keyfiyyətini beynəlxalq standartlara uyğunlaşdırmaqdır. Obyekt sahiblərinə xidmət səviyyəsinin artırılması, turist məmnuniyyətinin təmin edilməsi və təhlükəsizlik qaydaları ilə bağlı müvafiq tövsiyələr verilib.

“Turistlərin bölgəyə səfərini daha rahat təşkil etmək məqsədilə Lənkəran şəhərində xüsusi məlumatlandırma mərkəzləri də yaradılıb. Burada turistlər cənub bölgəsinin turizm marşrutuna daxil olan məkanlarla əvvəlcə virtual şəkildə tanış olurlar. Sonra isə seçdikləri istiqamət üzrə asan şəkildə yönləndirilirlər” , - deyə İlqar Əzimov bildirib.

Ekspertlər də bildirirlər ki, yaxın günlərdə ölkəmizdə keçiriləcək WUF13 və ayın sonuna təsadüf edən bayram günləri ilə əlaqədar turist axınının artacağı proqnozlaşdırılır. Turizm obyektləri sahiblərinin sözlərinə görə, cənub bölgəsində ciddi qiymət artımı müşahidə edilmir.

Otel meneceri Rəşid Ziyadzadə ilə söhbət zamanı bildirib ki, xüsusilə WUF13 tədbiri və qarşıdan gələn bayram günləri ilə əlaqədar rezervasiyalarda artım müşahidə olunur. “Hazırda hoteldə “single” otaqların qiyməti 90, “double” otaqların qiyməti isə 120 manat təşkil edir. Qiymətlərə səhər yeməyi və hovuz xidmətindən istifadə də daxildir”, - deyə o əlavə edib.

Son illərdə turistlər yalnız hotellərdə deyil, kənd evlərində qalmağa və yerli həyat tərzini yaxından tanımağa da maraq göstərirlər. Bu tendensiya həm bölgə iqtisadiyyatına əlavə töhfə verir, həm də kənd yerlərində yeni məşğulluq imkanlarının yaranmasına şərait yaradır.

Beləliklə, WUF13 qonaqlarının və yerli turistlərin regionlara artan marağı təkcə xidmət sektorunun keyfiyyətcə yeni mərhələyə keçməsinə deyil, həm də milli-mədəni irsimizin, kulinariya ənənələrimizin və qonaqpərvərlik dəyərlərimizin qlobal miqyasda təbliğinə geniş imkanlar açır.

Müxbir - İlkin Adıyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see322

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see319

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see300

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see295

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see277

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see271

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see271

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see265

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see253

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see250

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see234

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see228

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see222

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see222

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see212

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see203

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see200

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see200

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri