Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Azərbaycanın şəhərsalma dərsləri: WUF13 ərəfəsində Afrika Media Turu VİDEO

Azərbaycanın şəhərsalma dərsləri: WUF13 ərəfəsində Afrika Media Turu VİDEO

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Afrikanın bir sıra media qurumlarını təmsil edən jurnalistlər Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində Azərbaycanda təşkil olunan "Afrika Media Turu" çərçivəsində ölkənin turizm potensialını, münaqişədən sonrakı bərpa işlərini və şəhərsalma layihələrini araşdırıblar. Onlar Azərbaycanın transformasiyası və qlobal tədbirə hazırlığı ilə bağlı müsbət təəssüratlarını bölüşüblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan rəsmiləri ilə görüşlər və Bakı, Qarabağ, eləcə də Şərqi Zəngəzur bölgələrinə səfərlər zamanı Afrika media nümayəndə heyətinin üzvləri ölkənin müasir infrastrukturu, multikultural mühiti və iddialı planlaşdırma təşəbbüslərini əsas təəssüratlar kimi qeyd ediblər.

"Bu elə bir ölkədir ki, bir neçə saat ərzində paytaxtdan xizək kurortlarına və tarixi bölgələrə getmək mümkündür. Bu müxtəliflik Azərbaycanın unikal üstünlüklərindən biridir", - Azərbaycan Turizm Bürosunun sədr müavini Teymur Süleymanzadə tur çərçivəsində Afrika mediasına müsahibəsində bildirib.

Süleymanzadə Azərbaycanın geniş turizm potensialını - dənizkənarı istirahətdən və qış turizmindən tutmuş mədəni irs marşrutlarına qədər - vurğulayıb. O, həmçinin ölkənin təhlükəsizliyi, tolerantlığı və Afrika bazarları ilə turizm əməkdaşlığını genişləndirməyə artan marağı diqqətə çatdırıb.

Nümayəndə heyəti Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyevlə də görüşüb. O, Azərbaycanın əsasən dövlət dəstəyi ilə inkişaf edən, eyni zamanda alternativ enerji və strateji sahələrdə özəl investisiyalar üçün imkanları genişləndirən infrastruktur modelini təqdim edib.

Səfər çərçivəsində afrikalı jurnalistlər Qarabağ və Şərqi Zəngəzurda aparılan münaqişədən sonrakı bərpa işlərinə də xüsusi diqqət yetiriblər.

"Burada diqqət çəkən əsas məqam məqsədyönlü inkişafdır - minalardan təmizləmə, infrastrukturun bərpası və tamamilə yeni yaşayış məntəqələrinin qurulması", - azad edilmiş ərazilərə səfərdən sonra nümayəndə heyətinin üzvləri bildiriblər.

Bakı Ağ Şəhər layihəsini ziyarət edən jurnalistlər keçmiş sənaye zonası olan "Qara şəhər"in müasir şəhər məkanına çevrilməsini uğurlu baş planlaşdırma nümunəsi kimi qiymətləndiriblər.

"Bu cür şəhər yenilənməsi inkişaf etməkdə olan ölkələr üçün mühüm dərslər verir. Bu, uzunmüddətli planlaşdırmanın şəhərləri necə dəyişə biləcəyini göstərir", - Keniyanın TV47 telekanalının jurnalisti Elizabet Mutuku bildirib və bunu Afrikadakı şəhərsalma müzakirələri ilə müqayisə edib.

Nümayəndələr Zəngilan və Füzulidə müharibədən sonrakı bərpa çərçivəsində yaşıl enerji və inteqrasiya olunmuş xidmətlər əsasında yaradılmış "ağıllı kəndlər"lə də tanış olublar.

"Burada yaşayış, səhiyyə, ticarət və bərpa olunan enerji həllərinin bir məkanda birləşdirildiyi icmalar qurulub. Bu, araşdırılmağa dəyər modeldir", - jurnalistlər qeyd ediblər.

Nümayəndə heyəti Zəngilanda dövlət dəstəyi ilə həyata keçirilən ərikçilik də daxil olmaqla "ağıllı kənd təsərrüfatı" layihələrini də yerində incələyib.

"2021-ci ildən əvvəl bu ərazilər əsasən boş idi, bu gün isə məqsədyönlü investisiyalar sayəsində məhsuldar və yaşıldır. Bu, kənd təsərrüfatının münaqişədən sonrakı bərpanın bir hissəsi ola biləcəyini göstərir", - afrikalı jurnalistlər bildiriblər.

İştirakçılar turun davamlı şəhərsalma, əlverişli mənzil təminatı, yaşıl inkişaf və regional dirçəliş kimi istiqamətlər üzrə faydalı nəticələr verdiyini vurğulayıblar. Qeyd olunub ki, bu mövzular WUF13 çərçivəsində əsas müzakirə predmetlərindən olacaq.

"Afrika Media Turu" 2026-cı ilin mayında BMT-nin UN-Habitat proqramının himayəsi ilə Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası ərəfəsində təşkil olunub. Davamlı urbanizasiya üzrə aparıcı qlobal platformalardan biri olan forumun dünya liderlərini, siyasətçiləri və ekspertləri bir araya gətirəcəyi, şəhərlərin gələcəyinə dair müzakirələrin aparılacağı, həmçinin Azərbaycanın şəhər transformasiyası və münaqişədən sonrakı bərpa təcrübəsinin təqdim olunacağı gözlənilir.
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Aprel 2026 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri