Xabi Alonsonun planı: Sabiq futbolçusu üçün Arda Gülərdən imtina edir
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Real Madrid"in gənc ulduzu Arda Gülər ilə bağlı Avropa futbol gündəmini sarsıdan transfer iddiası ortaya atılıb.
Fanat.Az xəbər verir ki, "El Nacional" nəşrinin yaydığı məlumata görə, Madrid təmsilçisi türkiyəli futbolçunu "Liverpul"un alman ulduzu Florian Virts ilə dəyişmək variantını nəzərdən keçirir.
İddialara görə, "Real Madrid"in baş məşqçisi Xabi Alonso ilə Arda Gülər arasında münasibətlər gərginləşib. Xüsusilə "Mançester Siti" ilə oyunda ehtiyatda qalması və Cud Bellinqemin zədədən dönməsi Ardanın oyun müddətinin azalmasına səbəb olub.
Mövsümün əvvəlində 130 milyon avroya "Liverpul"a transfer olan Florian Virtsin İngiltərə Premyer Liqasına uyğunlaşmaqda çətinlik çəkdiyi bildirilir. Alman ulduz çıxdığı 21 rəsmi matçda hələ qol vura bilməyib.
Xabi Alonsonun "Bayer Leverkuzen"də rəhbərliyi altında oynamış Florianla yenidən işləmək fikrinə isti yanaşması bu böyük transfer əməliyyatının reallaşmaq ehtimalını artırır.
Bu iddia hələ rəsmi təsdiqini tapmasa da, hər iki klubun transfer pəncərəsində sürpriz addımlar ata biləcəyi qeyd olunur.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 20 Dekabr 2025 00:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















