Icma.az
close
up
RU
Sabiq ingiltərəli futbolçu Arda Gülərdən paylaşım etdi

Sabiq ingiltərəli futbolçu Arda Gülərdən paylaşım etdi

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Arda Gülərin ''Real''da əsas heyətə düşə bilməməsi və lazımi qədər oyun praktikası qazanması müzakirə mövzusu olmaqda davam edir.

Xüsusilə də son dönəmlərdə Madrid nəhənginin nəticələri pisləşdiyindən bu mövzu yenidən aktuallaşıb. Çünki Arda şans qazandığı matçlarda heç də pis təsir bağışlamır. Bu arada ötənlərin məşhur müdafiəçisi, hazırda futbol eksperti kimi çalışan Rio Ferdinand da bu mövzuya münasibət bildirib. O, 11 milyon təqibçisi olan ''iks''də (tvitterdə) bununla bağlı paylaşım edərək Ardanın daha çox şans qazanmalı olduğunu bildirib: ''Real''ın problemi var. Toni Kroos artıq karyerasını başa vurub. Luka Modriçin isə yaşı irəliləyib və gənc deyil. İndiki komanda bir oyun qurucusuna, tempi müəyyənləşdirəcək futbolçuya ehtiyac duyur.
Düzdü, heyətdə mükəmməl futbolçular var. Amma komandada konkret bu rolu üzərinə götürə biləcək futbolçu qıtlığı hiss olunur. Arda Gülər gəncdi və fiziki cəhətdən bir qədər də inkişaf etməlidi. Amma elə futbolçular var ki, onlar üçün fiziki güc ön planda deyil. Çünki oyunları bunun üzərində qurulmayıb (Kroos, Modriç, Skoulz, Xavi, İnyesta kimi). Ardaya zaman verilsə və həmin mövqenin özəllikləri ətraflı anladılsa, məncə ''Real''ın ehtiyac duyduğu ritmi yarada, eləcə də oyunu nəzarət altında saxlaya bilər''. Ferdinandın bu paylaşımına mindən çox şərh gəlib.
Futbolsevərlərin çox böyük əksəriyyəti şərhlərdə Karlo Ançelottinin Ardaya qarşı haqsızlıq etdiyini irəli sürüblər. Türkiyə yığmasının üzvü bu mövsüm Madrid nəhəngində 37 rəsmi oyunda ümumilikdə 1388 dəqiqə meydanda olub və aktivinə 4 qol, 8 məhsuldar ötürmə yazıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Aprel 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri