Icma.az
close
up
RU
Xaçikyandan SENSASİYA: “Zəngəzur dəhlizinin taleyini onlar həll edəcək” KONKRET

Xaçikyandan SENSASİYA: “Zəngəzur dəhlizinin taleyini onlar həll edəcək” KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə və Azərbaycanın təzyiqi altında olan Putin və Tramp çox güman ki, Zəngəzur dəhlizinin taleyini həll edəcək.

KONKRET.az xəbər verir ki, bunu erməni siyasi ekspert Artur Xaçikyan deyib.

Politoloqun fikirincə Putin və Trampın telefon danışığı Ukrayna üzrə sülh danışıqlarının başlaya biləcəyinə işarədir:

“Avropa təhlükəsizliyi və silahlara nəzarətin ümumi məsələləri üzrə razılaşmalar mümkündür. Tramp çox güman ki, fələstinlilərin Qəzzadan və İordan çayının qərb sahilindən çıxarılması da daxil olmaqla daha böyük İsrail planlarını həyata keçirməyə davam edəcək. Şübhəsiz ki, bundan istifadə edən Türkiyə və Azərbaycan öz planlarını həyata keçirəcək”.

Xaçikyan Türkiyə və Azərbaycanın birgə planı deyəndə Zəngəzur dəhlizini nəzərdə tutur və ehtimal edir ki, tezliklə Zəngəzurda azərbaycanlılar məskunlaşacaq:

“Trampın fələstinlilərlə təklif etdiyi variant Ermənistanda da tətbiq ediləcək. Bununla da ermənilər tədricən bölgədən çıxarılacaq. Ermənistan danışıqlar masasına heç kimin maraq göstərmədiyi kiçik, müdafiəsiz üçüncü dərəcəli etnik qrup rolunda çıxacaq. Ermənistan həm Rusiya, həm də ABŞ ilə siyasətini tamamilə iflasa uğratdı. Artıq İrəvanın özünümüdafiə rıçaqları olmayacaq”.

Xaçikyan Paşinyanın ABŞ siyasətinə toxunub və bildirib ki, Vaşinqtonda Ermənistanın baş nazirini adam yerinə də qoymayıblar. Politoloqun fikirincə Tramp administrasiyası üçün Paşinyan 7-8-ci dərəcəlidir:

“Ermənistan ABŞ-da apardığı siyasətdə uğursuzluğa düçar oldu. Paşinyan Tramp administrasiyası ilə heç bir əlaqə qura bilmədi. İndi Ermənistanın Vaşinqtonda heç bir əlaqəsi və təsir rıçaqları yoxdur. Vaşinqtona uğursuz səfər heç kimin görmədiyi, heç kimin haqqında yazmadığı acınacaqlı “selfie”dən başqa heç nə ilə yadda qalmadı. Bu rejim Rusiyaya qarşı siyasəti tamamilə alt-üst etdi. 7 il ərzində şiddətli anti-Rusiya təbliğatı apardı. Moskvadakı türkyönlü lobbiyə kömək etmək üçün hər şeyi etdi. Ermənistanın taleyi yenidən onun iştirakı olmadan həll ediləcək 2025-ci ildə Ermənistanı savadsız, təcrübəsiz, təkəbbürlü diletantlar, vicdansız jurnalistlər təmsil edir. Bu vəziyyətdə taleyimiz həll olunur. Tarix bizimlə bağlı fikirlərini dəyişmir. Putin və Tramp çox güman ki, Zəngəzur dəhlizinin taleyini həll edəcək. Onlar İrana təzyiq edə bilərlər. Qafqazın taleyi müzakirə olunacaq. Trampın maraqları Türkiyə və Azərbaycanadır. Orada neft, qaz, nadir torpaq elementləri mövcuddur. Təbii ki, İran müzakirə olunacaq. Çox güman ki, Rusiyanın köməyi ilə sülh danışıqlarına, nüvə proqramının məhdudlaşdırılmasına, hava zərbələrindən imtinaya doğru seçim ediləcək. Rusiya bu məsələdə çəkindirici təsir göstərə bilər. Və edə biləcəyimiz yeganə şey həmişə olduğu kimi, taleyimizin necə həll olunacağını gözləməkdir.”

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Fevral 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri