Icma.az
close
up
RU
Zəngəzur dəhlizinin taleyini Azərbaycan özü həll edir

Zəngəzur dəhlizinin taleyini Azərbaycan özü həll edir

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Rusiya son zamanlar hanısa formada Zəngəzur dəhlizinə qoşulmaq istəyir. Lakin artıq onların bu prosesdə iştirakına ehtiyac yoxdur”. 

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, artıq Rusiyanın Zəngəzur dəhlizinə qoşulmaq imkanları da mövcud deyil: 

“Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci ildə üçtərəfli Bəyanat imzalanmışdı. Orada sadəcə yolun təhlükəsizliyinə nəzarətin Rusiya tərəfindən həyata keçirilməsi nəzərədə tutulmuşdu. 

Lakin ruslara yolda hansısa sistem qurmaq və ya kimlərisə yoxlamaq kimi səlahiyyət verilməmişdi. İndi isə 10 noyabr Bəyanatı qüvvəsini itirdikdən sonra Zəngəzur dəhlizinin təhlükəsizliyini ABŞ-nin iştirakı ilə Azərbaycan və Ermənistan özü təmin edəcək. 

Deməli, Rusiyanın orada iştirakına ehtiyac yoxdur. Onu da nəzərə almaq lazımdır ki, 10 noyabr Bəyanatı ciddi bir sənəd deyildi, sadəcə üçtərəfli bir razılaşma idi. Parlamentdə də ratifikasiya olunmadığı üçün Kreml o sənədin üzərində dayana bilməz”. 

Siyasətçi vurğulayıb ki, rəsmi Moskvanın Zəngəzur dəhlizi ilə bağlı hansısa iddia irəli sürmək üçün hüquqi bazası yoxdur: 

“Bundan başqa, Rusiyanın Zəngəzur dəhlizinin keçdiyi əraziyə də hansısa dəxli yoxdur. Bu səbəbdən də Kreml hansısa formada Zəngəzur dəhlizi ilə bağlı tələb irəli sürə bilməz. Əslində, son illərdə Rusiya kifayət qədər gücdən düşüb. Bu gün kimsə Moskva ilə hesablaşmır. Həmçinin, dünyanın istənilən yerindəki münaqişələrlə bağlı Kremlin təsir imkanları sıfıra bərabərdir”. 

Partiya sədri qeyd edib ki, Rusiya təsir imkanı olmayan dövlətə çevrilib: 

“Özləri də bunu başa düşürlər. Bu səbəbdən də Rusiyanın Zəngəzur dəhlizində iştirak perspektivi yoxdur. Hətta Kreml Ermənistandakı proseslərə də müdaxilə edə bilmir. Üstəlik, böyük dövlətlər tərəfindən də Zəngəzur dəhlizi qəbul olunub və dəstəklənir. 

Çin, Yaponiya və Qazaxıstan da bu layihədə maraqlıdır. Prezident İlham Əliyevin Qazaxıstana səfəri zamanı “Orta dəhliz”lə xüsusi təqdimat oldu. Bu isə dünyaya, birinci növbədə Rusiyaya mesaj idi. Çünki “Orta dəhliz”in bir hissəsi olan Zəngəzur dəhlizinin də taleyini Azərbaycan özü həll edir. Bura kiminsə müdaxilə etməsinə ehtiyac yoxdur”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Rusiya Zəngəzur dəhlizi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri