Xaçmaz rayonu üzrə təhsil sektor müdiri vəzifəsindən azad edilib
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xaçmaz rayonu üzrə təhsil sektor müdiri vəzifəsindən azad edilib.
Daxil olmuş şikayət əsasında Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən Xaçmaz rayonu üzrə təhsil sektorunda fəaliyyətin mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə xidməti araşdırma aparılıb.
Dostuyev Qələmşah Dostu oğlu sektor müdiri vəzifəsində işlədiyi dövrdə dərnək saatlarının təşkili, ümumtəhsil məktəblərində şagird davamiyyətinin aşağı olması, dərs saatlarının bölgüsü zamanı ciddi nöqsanların aşkar edilməsi halları müəyyən edilib, "Dövlət qulluğu haqqında" və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunların tələblərini pozduğuna görə 20 fevral 2026-cı il tarixində Qələmşah Dostuyev barəsində töhmət intizam tənbeh tədbiri tətbiq olunub.
Həmçinin, tabeliyindəki müəssisə rəhbərlərindən daxil olmuş şikayətlər əsasında yaradılmış komissiya tərəfindən aparılmış xidməti araşdırma nəticəsində qeyd edilənlər öz təsdiqini tapıb.
Xidməti araşdırmanın nəticələrinə əsasən, "Dövlət qulluğu haqqında" Qanununa uyğun olaraq Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Dostuyev Qələmşah Dostu oğlu dövlət qulluğundan azad edilib və onunla bağlanan əmək müqaviləsinə xitam verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 22 Aprel 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















