Xaçmazda anbar və satış mağazasında nöqsanlar aşkarlandı
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Aras Agro" MMC-nin Xaçmaz rayonu, Yalama kəndində yerləşən pestisid və aqrokimyəvi maddələrin saxlanc anbarında, həmçinin Xaçmaz-Xudat yolunda yerləşən satış mağazasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı anbarda və satış mağazasında istifadəyə yararsız pestisid və aqrokimyəvi maddələr aşkarlanıb. Bununla yanaşı, yoxlama zamanı pestisid və aqrokimyəvi maddələrin saxlanc anbarının sanitariya-gigiyena və təhlükəsizlik tələblərinə cavab vermədiyi müəyyən olunub.
Faktla bağlı istifadəyə yararsız preparatlar satışdan kənarlaşdırılıb, həmçinin şirkətə məxsus pestisid və aqrokimyəvi maddələrin saxlanc anbarının fəaliyyətinə nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudiyyət tətbiq olunub.
Baxış sayı:95
Bu xəbər 04 Aprel 2025 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















