Icma.az
close
up
RU
Xaçmazda gənclərlə görüş: 44 günlük Zəfər yolunun başlanğıcı

Xaçmazda gənclərlə görüş: 44 günlük Zəfər yolunun başlanğıcı

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatında 27 Sentyabr – Anım Günü ərəfəsində sosial media fəalları və gənc könüllülərlə işgüzar görüş keçirilib. Tədbir əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev yaxınlaşan Anım Gününün hər bir azərbaycanlı üçün müqəddəs və qürurverici tarix olduğunu vurğulayıb. Sədr qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və dəmir yumruq kimi birləşən xalqımızın və ordumuzun gücü sayəsində əldə edilən tarixi Zəfər nəticəsində uzun illərin həsrətinə son qoyuldu. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi hər zaman hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq, onların qəhrəmanlığı heç vaxt unudulmayacaq.
Emil Tağıyev çıxışında eyni zamanda dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə, o cümlədən azad edilmiş torpaqlarda və Xaçmaz rayonunda həyata keçirilən misilsiz quruculuq, abadlıq və sosial-iqtisadi layihələrə toxunub. O bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan həm hərbi-siyasi sahədə, həm də iqtisadi müstəvidə böyük uğurlara imza atıb. Sosial media fəalları və gənclər bu reallıqları, görülən nəhəng işləri və dövlət başçımızın strateji xəttini geniş şəkildə təbliğ etməlidirlər. Anım Günü ərəfəsində rəqəmsal platformalarda həmrəylik nümayiş etdirmək, şəhidlərimizin ruhuna ehtiram göstərmək və ölkəmizə qarşı yönələn təxribat xarakterli dezinformasiyalara qarşı prinsipial mövqe sərgiləmək hər bir fəalın vətəndaşlıq borcudur.
Görüşdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Teymurşah İşıqov sosial medianın bu gün real informasiya mübarizəsi meydanına çevrildiyini diqqətə çatdırıb. O qeyd edib ki, xüsusilə Anım Günü kimi həssas dövrlərdə informasiya təhlükəsizliyinin qorunması, milli maraqların müdafiə olunması və dövlət mövqeyinin qətiyyətlə dəstəklənməsi hər bir partiya fəalının əsas vəzifələrindəndir. Gənclərin milli ideologiya əsasında yetişdirilməsində və tariximizə sahib çıxılmasında sosial medianın rolu əvəzsizdir.
Tədbir zamanı digər fəal üzvlər və gənclər də çıxış edərək rəqəmsal məkanda aparılan təbliğat işləri barədə fikirlərini bölüşüblər. Müzakirələr zamanı sosial şəbəkələrdə operativliyin artırılması, yerlərdə görülən işlərin və qəhrəmanlarımızın xatirəsinin daha geniş işıqlandırılması istiqamətində təkliflər səsləndirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2026 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri