Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Zəfər yolunun başlanğıcı

Zəfər yolunun başlanğıcı

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan dövlətçiliyi üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün təkcə Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümü deyil, həm də 2020-ci ilin Vətən müharibəsində əldə olunmuş strateji qələbələrin, qəhrəman Azərbaycan Ordusunun şücaətinin və dövlətin iradəsinin simvoludur. Füzulinin azad edilməsi Qarabağ regionunda tarixi ədalətin bərpasının, ərazilərin işğaldan azad edilməsinin və Böyük Qayıdış prosesinin başlanğıc mərhələsinin rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əməliyyatlar Azərbaycanın hərbi, siyasi və diplomatik gücünü nümayiş etdirdi.

Füzuli Şəhəri Gününün təsis edilməsi bu qələbənin həm də milli-mənəvi rəmzlərindən biridir. Füzuli rayonu Azərbaycanın cənub-qərbində yerləşir və Qarabağ regionunun əsas strateji qapılarından biridir. Rayonun relyefi düzənlik və alçaq dağlıq ərazilərdən ibarət olub, həm nəqliyyat, həm də hərbi baxımdan xüsusi əhəmiyyət daşıyır. Füzuli Şərqdən Araz çayı və İranla sərhəd, Qərbdən Xocavənd və Hadrut istiqamətləri, Şimaldan Ağdam, Cənubdan Cəbrayıl rayonları ilə həmsərhəddir. Bu mövqe rayonun tarix boyu hərbi, iqtisadi və strateji əhəmiyyətini müəyyən edib.

2020-ci ildə Vətən müharibəsində Füzuli rayonunun azad edilməsi strateji dönüş nöqtəsi oldu. Oktyabrın 17-də Prezident İlham Əliyev xalqa müraciət edərək Füzuli şəhərinin işğaldan azad edildiyini bildirdi. Bu əməliyyatlar 27 illik işğala son qoydu, Şuşaya gedən yol açıldı, ordunun texniki və taktiki üstünlüyü nümayiş olundu. Mühüm döyüş istiqamətləri arasında Qaraxanbəyli, Yuxarı və Aşağı Əbdürrəhmanlı kəndləri, Hadrut istiqaməti və Zəfər yolunun təhlükəsizlik zolaqları xüsusi rol oynadı. Həmin döyüşlərdə Azərbaycan Ordusunun yüksək peşəkarlığı və iradəsi açıq şəkildə nümayiş etdirildi. Ordunun şücaəti dövlət səviyyəsində qiymətləndirildi. Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “Füzulinin azad olunmasına görə” medalı hərbi qulluqçuların qəhrəmanlığının rəmzi oldu. Bu medal Füzuli uğrunda döyüşlərin strateji əhəmiyyətini vurğulayır, qəhrəmanlıq göstərən əsgər və zabitlərə minnətdarlıq ifadə edir. Füzuli Şəhəri Gününün təsis edilməsi təkcə tarixi yaddaşın qorunması deyil, həm də Böyük Qayıdışın başlanğıcını simvolizə edir. Bu gün hər il dövlət səviyyəsində qeyd olunur, sakinlər doğma torpaqlarına qayıdır və şəhər sürətlə yenidən qurulur. Füzuli azad edilmiş rayonlar arasında ən çox minalanmış ərazidir. Ermənistan ordusu geri çəkilərkən yaşayış məntəqələrində, kənd təsərrüfatı sahələrində, yol şəbəkəsində minalar yerləşdirmişdir. Bu, Böyük Qayıdış prosesini çətinləşdirir. Azərbaycan dövləti sistemli təmizləmə işləri aparır, ANAMA və aidiyyəti qurumlar vasitəsilə minaların aradan qaldırılmasını təmin edir.

Füzuli Şəhəri Günü tarixi ədalətin bərpasını, dövlətin iradəsini və gücünü, ordumuzun qəhrəmanlığını, milli-mənəvi dəyərlərimizin dirçəlişini, Böyük Qayıdışın real başlanğıcını, Qarabağın yeni inkişaf mərhələsini əks etdirir.

Aytən Məmmədli

YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri