Icma.az
close
up
RU
Xaçmazda iki qadın kosmetoloji prosesin qurbanı olub AÇIQLAMA

Xaçmazda iki qadın kosmetoloji prosesin qurbanı olub AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mən həkim reklamının qəti tərəfdarı deyiləm. Reklam olunan həkimlərlə bağlı mənə çoxlu şikayətlər daxil olub. Hətta ən məşhur və ən aqressiv şəkildə reklam olunan həkimlər barədə də şikayətlər var.
Xaçmazdan olan bir kişi həkim kosmetoloji işlə məşğuldur, iki xanıma ciddi zərər yetirib. Bu həftə onların ərizəsini qəbul edəcəyəm və çalışacağam məsələni danışıqlar yolu ilə həll edim".
Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
"Çox təəssüf ki, ən çox şikayətlər kosmetoloqlardan və diş həkimlərindən gəlir. Məsələn, bu ilin doqquz ayında diş həkimləri ilə bağlı şikayətlər nəticəsində istehlakçılara təxminən 10 min manat məbləğində pul qaytarılıb, bunu da danışıq yolu ilə etmişəm.Təəssüf doğuran hal odur ki, dövlət orqanları vətəndaşları yalnız məhkəməyə yönləndirir, amma məhkəmələrdə bu işlərin nəticəsi çox da effektli olmur. Çünki Azərbaycan həkimləri demək olar ki, partizan kimi işləyirlər, iz qoymurlar. Hətta yazdıqları reseptin altına imza və ya möhür qoymaqdan da çəkinirlər".
Ekspert təklif edib ki, İqtisadiyyat Nazirliyinin tərkibində olan Standartlaşdırma İnstitutu həkimlərin xəstələri qəbul etmə standartını hazırlamalıdır:
"Bir çox ölkələrdə, məsələn, qonşu Rusiyada, həkimə gedən zaman o, kompüterdə sənin məlumatlarını qeyd edir, ad, soyad, doğum tarixi və digər məlumatları daxil edir. Müayinə zamanı gördüklərini yazır, sonda isə imzalı və möhürlü sənəd təqdim edir. Azərbaycanda isə həkimlər belə etmir. Məsələn, diş həkiminə gedirsən, iynə vurur, amma nə iynədir, nə tərkibi var, xəstəyə heç nə izah edilmir".
O bildirib ki, Xaçmazdan olan o hadisədə də insanlar bilmirlər ki, onlara nə iynə vurulub, hansı prosedur aparılıb:
"Reklam olunan həkimlər barədə də çox şikayətlər gəlir. Amma vətəndaşın əlində sənəd olmadığı üçün məhkəməyə müraciət etməsi çətinləşir. Məhkəmələr də təbii ki, yalnız sənədlərlə işləyirlər. Həkimlərin bu cür aqressiv reklam olunması dərman və həkim biznesini inkişaf etdirir, amma həkimlik peşəsini gözdən salır. Təəssüf ki, həkimlik artıq bir çox hallarda peşə deyil, biznes alətinə çevrilib.Tək-tək yaxşı həkimlər var, amma onlar ya ölkədən gedirlər, ya da səssiz-sakit işlərini görürlər. Yaxşı həkimə isə reklam lazım deyil. İstehlakçılara çağırış edirəm, çox reklam olunan həkimlərdən uzaq dursunlar. Əgər həkimlərlə bağlı problem yaranarsa, Azad İstehlakçılar Birliyinə müraciət etsinlər. Biz onların hüquqlarını qorumağa hazırıq. Bu məsələ ictimailəşməlidir".
O deyib ki, həkimlər partizan həkimlikdən əl çəkməlidir:
"Vətəndaşlar isə həkimə gedəndə mütləq reseptin, müayinə sənədinin altına həkimin imza və möhürünü tələb etsinlər. Əgər diş, göz və ya digər həkimə getmisinizsə, soruşun, nəyə baxdınız, nə iynə vurdunuz. Bütün bunlar yazılı şəkildə sənədləşdirilməlidir. Təəssüf ki, bəzi həkimlər bunu etməyə qorxurlar. Amma bu hal dəyişməlidir.
Bir neçə il əvvəl bir həkimin qəzetlərdə aqressiv reklamı gedirdi. Onlarla xəstəlik sadalayırdı və axırda yazırdı ki, şəklinizi göndərsəniz, mən sizə diaqnoz qoyaram. Mən o vaxt həkim camiəsinə müraciət etdim, dedim, niyə bu məsələyə reaksiya vermirsiniz, şəklə baxıb diaqnoz qoymaq nə dərəcədə doğrudur.
Təəssüf ki, həkim camiəsi “üç müşketyor prinsipi” ilə işləyir, hamısı bir-birini qoruyur. Bu bağlı çevrə sındırılmalıdır. Normal, savadlı və vicdanlı həkimlər üzə çıxmalıdır və cəmiyyət də onlara dəyər verməlidir".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri