Icma.az
close
up
RU
Xaçmazda imam müavini arvadını boğaraq öldürdü TƏFƏRRÜAT

Xaçmazda imam müavini arvadını boğaraq öldürdü TƏFƏRRÜAT

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xaçmazda ailə münaqişəsi dəhşətli cinayətlə nəticələnib.

Modern.az-ın məlumatına görə, rayonun Xaspoladoba kəndində məscid imamının müavini olmuş 48 yaşlı kişi arvadını boğaraq qətlə yetirib. Məhkəmə onun barəsində 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Cinayət işi materiallarına görə, təqsirləndirilən şəxs 1977-ci il təvəllüdlü Asəf Məmmədov (ad şərtidir) arvadı Yaqut Məmmədova (ad şərtidir) ilə 20 ildən çox evli, üç övlad atası olub. O, Xaçmaz rayonu Xaspoladoba kənd məscidində imam müavini kimi çalışıb.

Hadisə 2025-ci il 6 aprel axşamı baş verib. Həmin gün cütlük qohumlarının hərbi xidmətə yola salınması mərasimində iştirak edib. Mərarasim zamanı kişi arvadına “sıxıldığını, evə getmək istədiyini” deyib, lakin qadın etiraz edib və onun bu davranışından narazılıq bildirib.

Məhz bu an ailə mübahisəsinin başlanğıcı olub. Qadın ərinə “heç bir məclisdə axıra qədər oturmadıqlarını” söyləyib. Təqsirləndirilən şəxs evə getmək üçün avtomobilinə minib, qadın da onunla birlikdə evə dönüb.

Yolda və evə çatdıqdan sonra mübahisə davam edib. Qadın ərini və anasını təhqir edib, boşanacağını bildirib. Kişi ifadəsində qeyd edib ki, həmin an özünü itirib və əsəbi vəziyyətdə həyat yoldaşını öldürüb.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, uzun illər əsəb xəstəliyindən əziyyət çəkib və hadisə anında “özündə olmayıb”. “Həyat yoldaşımın boşanmaq istədiyini deməsi məni özümdən çıxardı. Həyatımın mənası qalmayacağını düşündüm. Özümə gəldikdən sonra məscidə gedib namaz qıldım və sonra polisə təslim oldum”, – deyə o ifadəsində bildirib.

Araşdırmaya görə, kişi mətbəxdə arvadının baş örtüyünü götürərək onun boğazına dolayıb və boğaraq öldürüb. Tibbi ekspertiza nəticəsində qadının boğulma (asfiksiya) nəticəsində öldüyü müəyyən edilib.

Məhkəmədə ifadə verən cütlüyün böyük qızı bildirib ki, valideynlərinin münasibəti əvvəl normal olub, evdə zorakılıq müşahidə etməyib: “Atam hirslənəndə əşyalara zərər vururdu, amma bizə əl qaldırmazdı. Anamı itirmişəm, atasız da qalmaq istəmirəm. Onun cəzasını çəkib evə qayıtmasını istəyirəm.”

Hadisə gecə saatlarında baş verdikdən sonra təqsirləndirilən şəxs polisə zəng edərək törətdiyi cinayəti etiraf edib və evdə meyit tapılıb.

Məhkəmə sübutları və ifadələri nəzərə alaraq Asəf Məmmədovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilib. O, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Elnur Əmirov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Oktyabr 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri