Icma.az
close
up
RU
Xaçmazda fəhlə tənha qadını öldürdü TƏFƏRRÜAT KONKRET

Xaçmazda fəhlə tənha qadını öldürdü TƏFƏRRÜAT KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xaçmaz rayonunda 1988-ci il təvəllüdlü Süleyman tamah məqsədilə Mahirəni (adlar şərti verilib – red.) qətlə yetirib.

KONKRET.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, “şizofreniya paranoid forma” diaqnozlu psixi xəstəlikdən əziyyət çəkən qadının köməksiz vəziyyətindən istifadə edib və onunla cinsi əlaqədə olmaq qərarına gəlib.

2023-cü ilin oktyabrın 23-də o, Mahirənin yaşadığı fərdi yaşayış evinə girib, dəmir əşya götürüb və onun baş nahiyəsinə bir zərbə vurub.

Süleyman qadını yerə yıxıb, onunla cinsi əlaqədə olmağa cəhd edib. Özündən asılı olmayan səbəblərdən cinsi əlaqədə ola bilməyib. Qadın aldığı xəsarətlərdən kəskin qanitirmə nəticəsində ölüb.

Süleyman evdən 100 manat pulu, Mahirənin şəxsiyyət vəsiqəsini, bonus kartını və digər əşyaları götürüb.

İstintaq orqanı tərəfindən Süleymanın barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120 2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 29, 149.2.4 (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlamağa cəhd), 181.3.3 (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək), 326.1 (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə) və 326.2-ci (dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama) maddələri ilə ittiham elan edilib.

“Fəhlə işləyirdim”

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Süleyman ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, 2005-ci ildə qəsdən adam öldürmə cinayətinə görə Rusiyanın Tümen şəhərində həbs edilib, 2014-cü ildə azadlığa çıxdıqdan sonra Azərbaycana qayıdıb:

“2022-ci ilin yay aylarından çoxmənzilli yeni yaşayış binasının tikintisində fəhlə işləyirdim. Binanın tikintisi Xaçmaz şəhərində aparılırdı. Tikintidə Cəmil adlı əslən türk olan fəhlə ilə tanış oldum”.

Süleymanın ifadəsinə görə, zərərçəkmiş Mahirə işlədiyi tikintiyə yaxın yerdə yaşayıb: “2023-cü ilin yay aylarında bir dəfə o, tikinti meydançasına gələrək bizdən taxta istədi. Evində qaz olmadığı üçün xörək bişirməkdən ötrü taxta yandırırdı. Rəhbərliyə müraciət eləməsi xoşumuza gəlmədi və ona taxta vermədik.

Mahirəni bir neçə dəfə ətrafda görmüşdüm. Ona-buna qışqırır, dalaşır, mübahisə edirdi. Bir dəfə nahar zamanı işçilərlə “Sarvan” adlı kafeyə getdik. Nahardan sonra Cəmil iş danışmaq üçün Mahirənin yanına gedəcəyini dedi. Mahirənin iş gördürmək üçün əvvəlcədən Cəmilə müraciət edib-etmədiyini bilmirəm.

Cəmil qayıtdıqda Mahirənin evinin qapısını kəsib yuxarıya qaldırmaq, qapını yonub rəngləmək, hasarı bir kərpic səviyyəsində hörmək lazım olduğunu, bu işi 100 manata danışdığını dedi. İşi birgə görəcəyimiz halda 20 manat da mənə verəcəyini və 2-3 saatlıq iş olduğunu da söylədi.

Cəmil Mahirənin pulqabında pullarını görmüşdü, ona görə “arvadın babat pulu var” dedi”.

“Razılaşmadığını bildirdi”

Təqsirləndirilən şəxs bildirib ki, oktyabrın 23-də günorta saatlarında evdə olarkən Cəmilin işi görüb-görmədiyini yoxlamaq üçün Mahirənin evinə yollanıb: “Cəmilin işi görməyə məni dəvət etməməsi pisimə gəldi. Evin qapısı aşağı hissəsinə arxadan kərpic qoyulub bağlanmışdı.

Siqaret çəkə-çəkə evə tərəf baxanda Mahirəni hasarın arxasındakı həyət istiqamətindən əlində su dolu 2 vedrə ilə evinə girən gördüm. Qapıya yaxınlaşdım, “bibi” deyərək onu səslədim. O da çölə çıxdı. Cəmilin işləyib-işləmədiyini soruşdum.

Mahirə 200 manat istədiyi üçün onunla razılaşmadığını bildirdi”.

Süleymanın sözlərinə görə, daha sonra Mahirə qapının qarşısında hasarı göstərib və onu bir kərpic səviyyəsində qaldırmaq istədiyini deyib: “Tualetdə işıq quraşdıracağını, yerə kafel vurduracağını bildirdi. Evə keçmək istəyəndə məni buraxmadı. Mən qapının çərçivəsinin üstündə dayanmışdım”.

“Pulu görəndə özümdən çıxdım”

Süleyman qeyd edib ki, Mahirə qapıya yaxınlaşıb və sol çiyin çantasının içərisindən pulqabını çıxarıb: “Pulqabının zəncirbəndini açdı, içərisindən 100 manatı çıxardı. Dedi ki, türk oğlanın pulunu da hazırlamışdım, ancaq 200 manat istədi deyə razılaşmadım.

Bu zaman qapıdan sağda divara söykənmiş armatura gözüm sataşdı. Mahirənin yüz manatı göstərməsi bir anlıq məni özümdən çıxardı. Ehtiyacım olduğu üçün pulu ələ keçirmək qərarına gəldim.

Mahirə qozbel olduğundan beli bükülmüş vəziyyətdəydi. O, bir az əyilərək pulqabını sumkanın yanındakı sellofan torbanın içinə qoyanda armaturu götürdüm və başının arxa tərəfinə qəfildən vurdum. Mahirə sumkanın üstünə yıxıldı.

Pulqabını götürmək üçün əlimlə qadını itələdim. O da sağ yanı üstə yerə yıxıldı. İstəyim pulu götürərək getmək idi. Mahirə yıxılanda gözlərini açdı. Ancaq heç bir səs çıxarmadı və qışqırmadı. Pencəyimin sağ cibindən bıçağı çıxardım və boğazının sağ tərəfinə bir zərbə vurdum. Artıq əlim, bıçaq və yer qana bulaşdı. Qanın görünməməsi üçün evdəki kisələrin bir neçəsini qanın üzərinə düzdüm”.

Süleymanın ifadəsinə görə, Mahirənin baş tərəfinə keçib və onun koftasından tutaraq yuxarıya dartıb: “Qapıdan baxanda meyitin görünməməsini istəyirdim. Mahirəni dartanda hələ ölməmişdi. Onunla cinsi əlaqədə olmaq istədim. Əynindəki paltarlarını soyundurdum. Amma ehtiras hiss etmədiyim üçün fikrimdən daşındım. Bədəninin heç bir hissəsinə əlimi toxundurmadım.

Mahirənin pulqabısını, 3 ədəd işıq plafonunu götürərək evdən çıxdım. Mən çölə çıxanda küçədə, ətrafda heç kim yox idi. Evə doğru gedəndə pulqabıda olan 100 manatı götürdüm və yarımçıq tikilinin darvazasının qarşısına yığılmış quma basdırdım”.

“Uşaqlarımla görüşdüm”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, “Ət dünyası” mağazasının yanındakı avtomobil sexində usta işləyən Məmmədin yanına gedib və əlini orada yuyub: “Yaxın dostum olduğu üçün çox vaxt onun yanına gedirdim. Onunla dini məsələrlə bağlı söhbət apardığım üçün sakitləşərək özünə gəlirdim.

Sexdə əlimi yuduqdan sonra yaşadığım evə gəldim. Ailə üzvlərim plafonlarla bağlı mənə sual verdilər, birini 1 manat 50 qəpiyə aldığımı dedim”.

Süleyman qeyd edib ki, velosipedlə hazırda xatırlamadığı aptekə gedib, azyaşlı övladı üçün dərmanlar alıb, təxminən 50 manat pul xərcləyib: “Yerdə qalan pula pampers, şirniyyat, şirin sular və bir qutu siqaret aldım. Uşaqlarımın yanına qayıdıb onlarla görüşdüm”.

“Bacımın öldürüldüyü məlum oldu”

İş üzrə zərərçəkmiş Mahirənin hüquqi varisi olan bacısının sözlərinə görə, bacısının psixi vəziyyətində 1997-ci ilədək heç bir problem olmayıb, dərzi işləyib:

“1997-ci ildə Mahirənin psixi durumu pisləşdi, özü-özünə danışmağa başlayaraq yad adamların ona təzyiq etdiyini bildirirdi. Qubada və Bakıda xəstəxanalarda müalicə aldı. 2018-ci ilin mart ayından Xaçmaz şəhərində yerləşən bir otaqlı fərdi yaşayış evində tək yaşamağa başladı.

Oktyabrın 31-də digər bacım zəng etdi, Mahirənin evində öldürüldüyünü dedi”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Süleyman 19 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini, müvəkkilinin barəsində bəraətverici qərar çıxarılmasını xahiş edib.

Bu şikayətə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakimlər heyəti şikayətin təmin olunmaması barədə qərar qəbul ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Oktyabr 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri