Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayılıb
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Ölkənin şimal zonasında, xüsusilə Xaçmaz rayonunda qəhvəyi məxmər bağacıqlarının yenidən kütləvi şəkildə yayılması müşahidə olunur.
Bakıvaxtı.az-ın məlumatına görə, qeyd olunan zərərvericilər daha çox rayonun Nabran, Seyidlər, Qaracəlli kəndlərində evlərə və təsərrüfat sahələrinə axın ediblər.
Payızın gəlişi ilə evlərin divarlarına, pəncərələrə və müxtəlif əşyalara toplaşan bu həşəratlar sakinlərin narahatlığına səbəb olub. Məxmər bağacığının payız aylarında evlərə axınının əsas səbəbi isə qışlamaq üçün isti və qorunan yerlər axtarmasıdır. Bu həşəratın yetkin fərdləri soyuq havaları keçirmək üçün yaşayış evlərinə, təsərrüfat tikililərinə və digər sığınacaqlara daxil olurlar.
Hazırda şimal bölgəsində aidiyyəti qurumlar tərəfindən məxmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir. Lakin zərərvericilərin evlərdə də yayılması bu mübarizəni müəyyən qədər çətinləşdirir.
Məxmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı, Xaçmaz Rayon İcra Hakimiyyətindən "Report"un yerli bürosuna bildirilib ki, bölgədə bu istiqamətdə müvafiq tədbirlər və maarifləndirmə işləri həyata keçirilir:
"Tədbirlər çərçivəsində müxtəlif ərazilərdə xüsusi preparatlarla dezinseksiya işləri həyata keçirilir. Eyni zamanda, yerli icra nümayəndələri və bələdiyyələr tərəfindən əhali arasında geniş maarifləndirmə işləri aparılır. Qəhvəyi məxmər bağacığının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər aidiyyəti qurumlar tərəfindən daim nəzarətdə saxlanılır".
Qeyd edək ki, mütəxəssislər qapalı məkanlarda məxmər bağacığına qarşı kimyəvi mübarizə üsullarının tətbiqinin müəyyən çətinliklər yaratdığını vurğulayaraq, bu çərçivədə mexaniki mübarizə üsullarının daha effektiv və təhlükəsiz olduğu qənaətindədirlər. Onların fikrincə, vətəndaşlar da qışlama yerlərində toplanmış, hərəkətsiz və passiv vəziyyətdə olan zərərvericiləri süpürgə, fırça, yaxud da tozsoran vasitəsilə toplayaraq məhv etməyə çalışmalıdırlar. Mütəxəssislər hesab edirlər ki, sakinlərin öz fərdi təsərrüfatlarında və evlərində həyata keçirəcəkləri bu sadə mexaniki mübarizə tədbirləri növbəti mövsümdə kənd təsərrüfatı bitkilərinə dəyəcək zərərin qarşısını indidən almağa imkan verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 15 Oktyabr 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















