Xaçmazda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 22 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) karantin tətbiq edilən qəhvəyi mərmər bağacığının populyasiya sıxlığının azaldılması və yayılmasının qarşısının alınması istiqamətində fitosanitar tədbirləri davam etdirir.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin Quba-Xaçmaz regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Xaçmaz rayonunun Yalama kəndində növbəti maarifləndirmə tədbiri təşkil olunub.
Regional bölmənin əməkdaşları tərəfindən payız-qış mövsümündə zərərvericiyə qarşı aparılması zəruri mübarizə üsulları barədə kənd sakinlərinə ətraflı məlumat verilib, maarifləndirici çap materialları paylanıb. Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin aktiv iştirakının vacibliyi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 22 Oktyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















