Xaçmazda sahibkarlar üçün təlim keçiriləcək
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi (İSAY) və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə sahibkarlar üçün “Dövlət satınalmalarının təşkili və idarə olunması” mövzusunda təlim keçiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, təlim 26 sentyabr 2025-ci il tarixində saat 10:00-da Xaçmaz şəhərindəki KOB Evində təşkil olunacaq. Təlimçi Etibar Qasımov iştirakçılara dövlət satınalmalarının təşkili və idarə olunması prosesi ilə bağlı praktiki biliklər verəcək.
Tədbir sahibkarlar və biznes sahəsində fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulub və onların dövlət satınalmaları sahəsində bilik və bacarıqlarını artırmaq məqsədi daşıyır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Sentyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















