Icma.az
close
up
RU
Xaçmazda şəhid Vüsal Rüstəmovun döyüş yoluna həsr olunmuş tədbir keçirilib FOTOLAR

Xaçmazda şəhid Vüsal Rüstəmovun döyüş yoluna həsr olunmuş tədbir keçirilib FOTOLAR

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

"Regional Medianın İnkişafına Yardım" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Antiterror tədbirləri nəticəsində şəhid olan Vüsal Rüstəmovun xatirəsinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində Köhnə Xaçmaz kənd tam orta məktəbdə şəhid polkovnik-leytenant Vüsal Rüstəmovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

QHT.az xəbər verir ki, görüşdə şagirdlərə qəhrəman zabitin döyüş yolu və həyat hekayəsi barədə geniş məlumat verilib.

Qeyd edilib ki, Vüsal Rüstəmov 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb. Ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərən Vüsal “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid zabit lokal xarakterli antiterror tədbirləri zamanı Xocalıda döyüş tapşırığını yerinə yetirərkən düşmən atəşindən ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Onun qəhrəmanlığı dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif olunub.

1984-cü il mayın 11-də Xaçmazda anadan olan Vüsal Rüstəmov İsmət Qayıbov adına 3 saylı məktəbdə orta təhsil alıb, daha sonra Heydər Əliyev adına Hərbi İnstitutda zabitlik peşəsinə yiyələnib. Şəhidin Şahin və Səma adlı iki övladı yadigar qalıb.

Tədbirdə çıxış edənlər Vüsal Rüstəmovun həyat və döyüş yolunun məktəblilər üçün əsl qəhrəmanlıq nümunəsi olduğunu vurğulayıblar. Bildirilib ki, Qarabağ iqtisadi rayonunda keçirilən antiterror tədbirləri zamanı 12 nəfər xaçmazlı döyüşçü şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, layihə çərçivəsində Xaçmazın 6 məktəbində bu tipli görüşlərin keçirilməsi planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Oktyabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri