Icma.az
close
up
RU
Məktəblilərə şəhid polkovnik leytenant Vüsal Rüstəmovun döyüş yolundan bəhs edilib FOTOLAR

Məktəblilərə şəhid polkovnik leytenant Vüsal Rüstəmovun döyüş yolundan bəhs edilib FOTOLAR

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Xaçmazda məktəblilərə şəhid polkovnik-leytenant Vüsal Rüstəmovun döyüş yolundan bəhs edilib.

QHT.az xəbər verir ki, "Regional Medianın İnkişafına Yardım" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Antiterror tədbirləri nəticəsində şəhid olan Vüsal Rüstəmovun xatirəsinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbdə şəhid polkovnik-leytenant Vüsal Rüstəmovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Görüşdə şagirdlərə qəhrəman zabitin döyüş yolu və həyat hekayəsi barədə geniş məlumat verilib.

Qeyd edilib ki, Vüsal Rüstəmov 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb. Ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərən Vüsal “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid zabit lokal xarakterli antiterror tədbirləri zamanı Xocalıda döyüş tapşırığını yerinə yetirərkən düşmən atəşindən ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Onun qəhrəmanlığı dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif olunub.

1984-cü il mayın 11-də Xaçmazda anadan olan Vüsal Rüstəmov İsmət Qayıbov adına 3 saylı məktəbdə orta təhsil alıb, daha sonra Heydər Əliyev adına Hərbi İnstitutda zabitlik peşəsinə yiyələnib. Şəhidin Şahin və Səma adlı iki övladı yadigar qalıb.

Tədbirdə çıxış edənlər Vüsal Rüstəmovun həyat və döyüş yolunun məktəblilər üçün əsl qəhrəmanlıq nümunəsi olduğunu vurğulayıblar. Bildirilib ki, Qarabağ iqtisadi rayonunda keçirilən antiterror tədbirləri zamanı 12 nəfər xaçmazlı döyüşçü şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, layihə çərçivəsində Xaçmazın 6 məktəbində bu tipli görüşlərin keçirilməsi planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Oktyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri