Xadimə özündən 8 yaş böyük sevgilisini tava qapağı ilə öldürdü
News24 saytından alınan məlumata görə, Icma.az bildirir.
Təmizlikçi qadın sevgilisini tavanın qapağı ilə öldürüb.
Publika.az xəbər verir ki, hadisə Rusiyanın Volqoqrad vilayətində baş verib.
Bu barədə "REN" telekanalının yaydığı məlumata görə, iyunun 20-də axşam saatlarında Medveditsa kəndində 34 yaşlı xadimə ilə onun 42 yaşlı sürücü sevgilisi arasında münaqişə yaranıb. Bu zaman qadın sevgilisinə tavanın qapağının sınması nəticəsində yerə saçılan şüşə parçası ilə zərbələr endirib. Kişinin damarı zədələnib, çox qan itirdiyi üçün onu xilas etmək mümkün olmayıb.
Xəstəxanalardan birində xadimə işləyən qadın isə özünü müdafiə məqsədi ilə hərəkət etdiyini iddia edir.
Hazırda hadisənin bütün halları müəyyən edilir.
Cinayət işi açılıb, müttəhimi 15 ilə qədər həbs cəzası gözləyir.


