Icma.az
close
up
RU
Xal itirdilər və razı qaldılar

Xal itirdilər və razı qaldılar

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Kəpəz (Gəncə) – Araz-Naxçıvan 0:0
1. Rojerio Santos – 6,0
12. Turan Manafov – 5,5
5. Rauf Hüseynli – 5,5
(11. Trent Buhagyar, 85) – qiymətsiz
8. Elmir Tağıyev – 5,5
21. Camal Cəfərov – 5,5
(7. Ehtiram Şahverdiyev, 70) – 4,5
26. Valdemar Almeyda – 5,5
9. Luis Paçu – 6,5
(19. Sadiq Şəfiyev, 74) – 4,5
29. Dioqo Verdaşka – 5,5
78. Yeqor Xvalko (k) – 5,5
28. Rati Ardazişvili – 5,5
(10. Karim Lkoça, 74) – 5,0
88. Şervoni Mabatşoyev – 5,5
(70. Nicat Süleymanov, 70) – 4,5
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
18. Elgün Bayramov
2. İlkin Qırtımov
99. Əli Səmədov
6. Nemət Musayev
17. Ümid Səmədov
41. Seymur Xəlilov
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Luis Paçu
12. Kristian Avram – 6,0
5. Qara Qarayev – 5,5
(6. Vadim Abdullayev, 70) – 4,5
34. Urfan Abbasov (k) – 5,5
2. Slavik Alxasov – 5,5
26. Ömər Buludov – 5,0
16. Ramon Maçado – 6,0
29. Vanderson Melo – 5,5
8. Karlos Jatoba – 5,5
(23. Nuno Rodriges, 56) – 5,5
4. İqor Ribeyro – 6,5
97. Felipe Santos – 6,0
10. Bernardo Dias – 5,5
(7. Ülvi İsgəndərov, 70) – 4,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
22. Elçin Mustafayev
20. Turan Vəlizadə
11. Bayraməli Qurbanov
71. Sənan Ağalarov
17. İssuf Paro
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: İqor Ribeyro
Vərəqələr: E.Tağıyev, 46 (qeyri-idman hərəkəti). İ.Ribeyro, 50 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: İnqilab Məmmədov (Bakı).
VAR hakiminin köməkçisi: Namiq Hüseynov (Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Elçin Məmmədov (Bakı).
13 aprel. Tovuz. Şəhər stadionu. 350 tamaşaçı (6800 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Bu oyunu tərəflər üçün önəmli edən nə idi? Nominal meydan sahibləri “Səbail”in darmadağın olduğu turda xal hesabını artırmağa çalışacaqdı. “Araz-Naxçıvan”ın da özünə görə motivasiyası var idi. Bir tərəfdən, “Turan Tovuz” şənbə günü əzmkar qələbə qazanmaqla “qırmızı-ağlar”la xal fərqini azaltmışdı. Digər tərəfdən, “Araz-Naxçıvan” “Zirə”nin “Neftçi” ilə oyunda xal itirməsi ehtimalını nəzərə almalıydı. Yəni mümkün qələbə belədə Baxşıyevin komandasını “qartallar”a yaxınlaşdıracaqdı.

İlk təhlükəli vəziyyəti meydan sahibləri yaratdı. 5-ci dəqiqədə Turanın cərimə zərbəsindən qapı önünə ötürməsinin qarşısını Avram aldı. 12-ci dəqiqədə Slavikin cərimə meydançasına doğru ötürməsini Rauf Hüseynli tərs toxunuşla geriyə göndərdi. Topu ələ keçirən Santos Maçadoya ötürmə verdi. Ramon topu yenidən Felipeyə qaytarsa da, Rauf səhvini düzəltməyi bacardı. 21-ci dəqiqədə Qara – Dias - Jatoba kombinasiyasının ardından sonuncunun zərbəsini Verdaşka küncə çıxarmağı bacardı. Hissənin sonunda Muxtar Respublika təmsilçisi hesabı açmağa yaxın oldu. Camal Cəfərov geriyə ötürmədə səhvə yol verdi. Topu ələ keçirən Maçado Bernardoya ötürmə verdi. Dias cərimə meydançası daxilində Felipeyə ötürmə versə də, Rojerio ayaqları hesabına zərbənin qarşısını aldı. Dönən topa yaxınlaşan Jatobanın zərbəsi isə qeyri-dəqiq oldu.
2-ci hissə maraqlı hücumlarla başladı. 49-cu dəqiqədə ilk real qol imkanını “Araz-Naxçıvan” qaçırdı. Maçadonun qapı önünə ötürməsinin qarşısını bir-birinə arxayın olan Manafovla Rojerio ala bilməsə də, Dias boş qapıya düşə bilmədi. 7 dəqiqə sonra nominal meydan sahibləri də təhlükəli vəziyyət yaratdı. Ardazişvilinin qapı önünə ötürməninin qarşısını almaq istəyən Ömər Buludov kobud səhvə yol verdi. Topu önündə görən Paçu yöndəmsiz zərbə vurdu, Avram bu dəfə də təslim olmadı. 64-cü dəqiqədə Alxasov qapı qarşısına ötürmə versə də, Maçadonun başla zərbəsi qeyri-dəqiq oldu. “Sarı-göylər” 65-ci dəqiqədə də qola yaxın oldu. Turandan ötürmə alan Paçu Urfanı geridə qoydu və qapıçı ilə təkbətək çıxdı. Amma onun üçün zərbə bucağı daraldığından geridə olan Almeydaya ötürmə verdi. Valdemarın yüngül zərbəsinin qarşısını Ribeyro aldı. 77-ci dəqiqədə Lkoçanın zərbəsində azacıq dəqiqlik çatmadı. Hücumlar bir-birini əvəz etsə də, sona qədər hesab açılmadı. Baş məşqçilərin oyunsonrası açıqlamalarını nəzərə alsaq, belə çıxır ki. bu hesab hər iki tərəfi razı salıb.
“Kəpəz” məğlubiyyətsiz oyunlar seriyasını 4-ə çatdırmaqla yanaşı, “Səbail”lə xal fərqini bir vahid də artırdı. “Araz-Naxçıvan” isə gələn tur aralarında 4 xal fərqi olan “Turan Tovuz”u qonaq edəcək.
Gözdən qaçmadı:
* “Xəmsə” oyundan öncə “O şanlı formanın, haqqını verin” dedi. “Kapaz Ultras” isə tribunada yox idi.
* “Kəpəz”in baş məşqçisi Azər Bağırov hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə aldı.
ƏSƏD SEYİDOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Aprel 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri