Xal var, qol yox: “Zirə”nin itkisi, “İmişli”nin qazancı
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Zirə” Premyer Liqanın XVI turunda “İmişli” ilə qolsuz heç-heçə edib. Rəşad Sadıqovun yetirmələri bununla da ili bir xalla bitirib.
Turnir cədvəlinin üçüncü sırasında qərarlaşan “qartallar” “Sumqayıt”ın bu tur qalib gələcəyi halda, dördüncü pilləyə geriləyəcək.
“Zirə” ilə matçda bir xala ümid edən “İmişli” müdafiə futbolu ilə istəyinə çatdı. Oyunun son 15-20 dəqiqəsinə qədər geridə qalan, sıx müdafiə olunan bölgə təmsilçisi sonlarda bir neçə hücum cəhdi etsə də, fərqlənmək alınmadı. “İmişli”nin oyun üslubu artıq bəllidir. Müdafiədə qalan, oyunun sonlarında sürətli hücumlara başlayan bölgə klubu bəzi matçlarda bu sistemlə qələbələr də qazanıb. Müdafiədəki intizamlı oyunu ilə seçilən Jorj Kaşkilyanın kollektivi baxımsız futbol oynamasına baxmayaraq, nəticələr əldə edə bilir. Komanda 16 turda 17 xal toplayıb və bu, debütant üçün kifayət qədər yaxşı sayıla bilər. Matçdan sonra Kaşkilya da bir xal üçün gəldiklərini və buna nail olduqlarını qeyd edib.
“İmişli” ilə matçda itirilən xal “Zirə”ni məmnun etməməlidir. Bu xallar avrokubok mübarizəsində komanda üçün itki sayılır. “Zirə” 28 xal toplayıb. Mövsümün əvvəlində hücum xəttində ciddi itkilər yaşayan “qartallar” irəlidə problemlər yaşayır. Qış transfer dönəmində hücumçu transferi mütləqdir. Lakin baş məşqçi Rəşad Sadıqov büdcənin azlığından gileylənib və 1-2 transferə güclərinin çatacağını bildirib. İndiki məqamda bu heyətlə avrokuboklara oynamaq çətin olacaq. “Sumqayıt” daha baxımlı futbol oynayır və heyəti genişdir, rotasiyalar mümkündür. “Kimyaçılar” bu tur qələbə qazansa, “Zirə”ni ötəcək. 27 xalı olan “Turan Tovuz”un da ehtiyatda bir matçı var və qələbə onları də “Zirə”dən önə keçirəcək.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 21 Dekabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















