“Zirə”nin kapitanı “İmişli” ilə matçdakı penaltilərdən danışdı
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“İmişli” ilə matça istədiyimiz kimi başlamışdıq. Matçda nəzarət edən tərəf biz idik. Hesabda 2:0 öndə olsaq da, heç gözləmədiyimiz anda 3 dəqiqə ərzində qapımızda iki penalti gördük. Bu oyunu analiz edib səhvlərimizi düzəltməliyik. Məyusluq var idi, bizə yaraşmayan iki xırda səhv nəticəsində qapımıza penalti təyin edilmişdi. Rəşad müəllim də bizə səhvlərimizi bildirdi. Düşünürəm ki, yaxşı oyunlarımızdan birində qələbə qazana bilmədik. Geriyə baxdığımız oyunların çoxunda qələbəyə layiq olmuşuq. Çempionat elə gedir ki heç bir komanda səhvləri bağışlamır. Rəşad Sadıqov bunu bizə hər zaman deyir. Etdiyimiz səhvlərin üzərində işləyirik və qarşıdakı oyunlarda bu məqamlara daha diqqətli olmalıyıq. Amma bu oyun artıq geridə qalıb, önümüzə baxmalıyıq”.
Bu sözləri “Zirə”nin kapitanı Qismət Alıyev deyib. O, komandasının Misli Premyer Liqasının 13-cü turunda “İmişli” ilə 2:2 hesablı bərabərliyi şərh edib. Alıyev komandada zədəlilərin çoxluğunun nəticələrə təsiri barədə isə bunları deyib.
“Çempionatda demək olar ki, zədələrdən ən çox əziyyət çəkən komandalardan biriyik. Təəssüf ki, zədələr hələ də davam edir. İnanıram ki, futbolçularımız tezliklə sıraya döndükdən sonra komandamız daha da optimal vəziyyətə gələcək və gücümüzü daha yaxşı göstərə biləcəyik”, - deyə o sportal.az-a açıqlamasında söyləyib.
Sonda isə Alıyev, bu gün Misli Premyer Liqasının 14-cü turunda “Neftçi”yə qarşı keçiriləcək görüşdən gözləntilərini bölüşüb:
”Bu mövsüm ilk oyunda “Neftçi”yə qalib gəlmişdik. Heyətlə bağlı problemlərimiz olsa da, qələbə qazanmağı bacarmışdıq. İndi də zədələrlə bağlı problemlərimiz var. Amma biz meydana çıxdığımız hər oyunda yaxşı futbol nümayiş etdirərək qələbə qazanmaq istəyirik. Bütün diqqətimizi “Neftçi” ilə oyuna yönəltmişik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 27 Noyabr 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















