Icma.az
close
up
RU
Xaliq Mərdanov: Futbolçuların özlərinə inamı itib

Xaliq Mərdanov: Futbolçuların özlərinə inamı itib

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Rəqibi analiz etmişdik. Zəif və güclü tərəflərini bilirdik. Həftəiçi məşqlərdə də onun üzərində işlədik. Sadəcə fərdi səhvlərdən qapımızda qollar gördük. Sonda da uduzduq. İstədik ki, dönüş edək. Komandanın içində olan məğlubiyyət ruhunu qələbəyə dəyişək. Təəssüflər olsun ki, alınmadı. Buna vaxt lazımdır. Qismət olsa, gələcək oyunlarda bunu aradan qaldırarıq".

Sport24.az xəbər verir ki, bu sözləri "Kəpəz"in müvəqqəti baş məşqçisi Xaliq Mərdanov deyib. O, Misli Premyer Liqasının 6-cı turunun "Turan Tovuz"la(3:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

- Komandanın Premyer Liqada qalmaq potensialı var? Sizə təklif olarsa, komandanı liqada saxlaya bilərsiz? Hər dəfə sizi təcili yardım kimi çağırırlar, bir oyunluq gəlirsiz...

- Əslində, potensialı var. Fərdi olaraq, keyfiyyətli oyunçularımız var. Sadəcə bunu komanda şəklinə çevirmək lazımdır. Zamana ehtiyac var. Yeni nəfəs lazımdır. Məşqçilərdən söhbət gedir. Özümdən danışmıram. Kimsə gələcək, komandada intizam yaradacaq. Gələcək oyunlarda komanda şəklində özlərini göstərə bilərlər.

- Əsas komandada olan qalibiyyətsizlik seriyası əvəzedici heyətdə də var. "Kəpəz"in əvəzedici heyətinin də cəmi bir xalı var. Bunun səbəbi nədir?

- Komandanın 95 faizi yenidir. Futbolçuların hamısı yenidir, gəncdirlər. U-16, U-17, U-19 heyətlərindən ibarət əvəzedici heyət formalaşdırmışıq. Digər klublara baxsaq, əsas komandadan əvəzedici heyətə 5-6 oyunçu göndərirlər. Biz sırf akademiyamızın öz oyunçularının potensiallarını üzə çıxararaq, əsas komandaya yetişdirmək istəyirik. Heyətimiz gənclərdən ibarətdir. Biz bu dəqiqə nəticə haqda fikirləşmirik. İstəyirik ki, yeni, gənc futbolçular üzə çıxaraq. Gəncə futbolunun keçmişdə olan əzəmətini qaytarmaq istəyirik.

- "Kəpəz"də artıq ənənə halını alıb ki, mövsümün əvvəli pis durumda olur, sonda liqada qalır. Bu dəfə nədən başladız?

- Bu dəqiqə uşaqlarda məğlubiyyət ruhu var. Özlərinə inam itib. İnamı geri qaytarmaq istəyirdik. Bunu etmişdik. Məşqlərdə də bunu bacarmışdıq. Fərdi səhvlər nəticəsində qapımızda qollar gördük. Etdiyimiz analizi yerinə yetirə bilmədilər. Komandada əhval-ruhiyyə normal idi. Futbolda belə hallar olur. Allah qoysa, kimsə gələr və gələcəkdə bunları aradan qaldırar.

- Komandanı neçə oyuna çıxaracaqsız?

- Hələlik mənə 1-2 oyun deyiblər. Bəlkə "Qarabağ"la matça kimsə gələr, yeni nəfəs gətirər. Onu deyə bilmərəm. Hər şey rəhbərlikdən asılıdır. Hazırda mənə tapşırıblar.

- Sizin namizədliyiniz irəli sürülüb?

- Düzü, heç bu haqda fikirləşmirəm. Heç namizədliyimi də irəli sürmürəm. Fikrim ancaq gənc futbolçuları yetişdirib, əsas komandaya verməkdir. Məqsədim budur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sport24.az
archiveBu xəbər 28 Sentyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri