Icma.az
close
up
RU
“Kəpəz”i derbiyə Xaliq Mərdanov çıxaracaq baş məşqçi təyin olunsa da!

“Kəpəz”i derbiyə Xaliq Mərdanov çıxaracaq baş məşqçi təyin olunsa da!

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Həftəsonu qərb derbisi keçiriləcək. “Kəpəz” “Azərsun Arena”da “Turan Tovuz”la qarşılaşacaq.

“Qəbələ” ilə oyunda mövsümdəki ardıcıl beşinci məğlubiyyətini alan Gəncə təmsilçisi Adil Şükürovla yolları ayırdı. Hazırda komandanın baş məşqçisi yoxdu. Bəs “Turan Tovuz”la səfər oyununa komandanı kim çıxaracaq? Bu və başqa məsələlərlə bağlı klubun mətbuat karibi Gəray Qarayevlə söhbət etdik.
- “Turan Tovuz”la oyuna komandanı kim çıxaracaq?
- İstənilən halda komandanı əvəzedicilərin baş məşqçisi Xaliq Mərdanov və klubun əlaqələndiricisi Vasif Vəliyev çıxaracaq.
- Yeni baş məşqçi təyin olunsa da?
- Bəli. Çünki baş məşqçi gələndən sonra komanda ilə tanış olmalıdı. Gələn kimi komandanı oyuna çıxarması real deyil.
- Bəs əvəzedicilərin məşqçisi Xaliq bəy əsas komandanı nə dərəcədə tanıyır? Geridə qalan beş tur ərzində əvəzdici komanda ilə əsas komanda birgə məşq edib ki?
- Xaliq müəllimlə Vasif müəllim illərdi bu klubdadı. Adil müəllim gedəndən sonra komandanı məşqlərə Xaliq müəllim çıxarıb. Bir həftədi komandanın içindədilər. Öz düşüncələrinə uyğun taktikalar qururlar. Gələn məşqçi kənardan gəlir. Komandanın içində olmur ki.
- Bəs əvəzediciləri oyuna kim çıxaracaq?
- Onu da elə Xaliq müəllim. Oyunlar fərqli günlərdədi.
- Bəs yeni baş məşqçi nə vaxt bəlli olacaq?
- Həftəsonu, ən geci gələn həftənin əvvəlində.
Xatırladaq ki, “Kəpəz”in əvəzediciləri də turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Xaliq Mərdanovun komandası 5 oyuna bir xal toplayıb.
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Sentyabr 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri