Icma.az
close
up
RU
Menu

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Çaki öldü

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Xırdalanda mübahisə qanla bitdi: döyüb bıçaqladılar

2025 ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu İnfoqrafika

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Krımda, Belbek yarmarkasında ilk etnik moda nümayişi keçirilib

Oktyabrda verilməli olan qərar indi açıqlanır Bir gecədə qərar verildi

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Britaniya döyüş texnologiyalarının inkişafına bir milyard funt sterlinqdən çox vəsait ayıracaq

Çili ilə İsrail arasında gərginlik Hərbi attaşeləri geri çağırıldı

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Bakıda DÇ 2025 in yarımfinalçıları müəyyənləşir

Kainatda tək deyilik: Naməlum siqnallar mənbəyi aşkarlandı

“Xalq artisti adından məhrum edilsin…” Tanınmışlar AYAĞA QALXDI

“Xalq artisti adından məhrum edilsin…” Tanınmışlar AYAĞA QALXDI

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi Xalq artisti Röya Ayxan Kann Film Festivalında iştirak edib. Qırmızı xalçaya müğənni “I Success Top 100 Awards Gala” tədbirində iştirak edib və burada “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunub.

Xalq artistinin Kann Film Festivalında iştirak etməsi cəmiyyətimizdə birmənalı qarşılanmayıb. Əksəriyyət, xüsusən də kino camiyəsinin tanınmış nümayəndələru, o cümlədən Xalq artisti Rasim Balayev, Əməkdar incəsənət xadimi kinorejissor Ayaz Salayev sərt fikirlər səsləndirib.

Xalq artisti Rasim Balayev “Bu festivala layiq olmayan insanları aparırlar. Röyanı da aparıblar?” deyə təəccübünü gizlətməyib.

Ayaz Salayev deyib ki, kim istəsə, qeydiyyatdan keçib, viza alaraq festivala gedə bilər, çətin bir şey deyil:

“Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. Bundan əlavə, ictimai şüur da geridə qalıb”.

Bundan başqa, Ayaz Salayev bildirib ki, Röya Ayxanın təltif edildiyi “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatının Kann Film Festivalı ilə heç bir əlaqəsi yoxdur.

Röya Ayxanın isə Ayaz Salayevə verdiyi cavab qalmaqalı daha da alovlandırıb.

“Deyirlər, rəhmətliklər diriliblər. Enerjiyə gəlmisiniz, elə bilirsiniz, gəlib mənə çatmır? Ayaz Salayev, sizdən başlayıram! Məni görəndə salamlaşırsınız. Özünüzə gəlin. Mən ölənləri diriltməyə öyrəşmişəm, amma siz elə ölü qalın. Bəli, birinci mənəm, hər şeyin ən gözəlini, ən layiqincə edəni mənəm.  Çünki oxuduğum kimi ürəyim var. “Hadi” oradan!”, deyə Röya Ayxan qeyd edib. Müğənninin bu cür cavabı kəskin tənqidlərə səbəb olub, hiddətlə qarşılanıb. Bəziləri Xalq artisti adının ondan alınmasını tələb edib. Bununla belə Röya Ayxana dəstək olanlar da var.

Əməkdar artist Mehriban Xanlarova Kann Film festivalına gedən Xalq artisti Röya Ayxana dəstək nümayiş etdirib.

Aktrisa qeyd edib:

“Röya başqa millətdən deyil, o, azərbaycanlıdır və ölkəmizi layiqincə təmsil edir. Beynəlxalq tədbirlərdə vətənimizin adını uca tutan hər kəsi dəstəkləmək bizim vətəndaşlıq borcumuzdur. Paxıllıq hisslərini bir kənara qoyaraq, azərbaycançılıq prinsipini önə çəkək. İrəli gedən hər bir azərbaycanlının yoluna daș qoymaq, sosial mediada arxadan zərbə vurmaq düşmənlərimizin istəyidir. Birliyimizi qoruyub, ölkəmizi daha da ucaldaq”.

Aktyor Kamran Ağabalayev də Röya Ayxanı dəstəklədiyini bildirib və gələcəkdə Röyanı film çəkilişinə dəvət edəcəyini açıqlayıb:

“Kann film festivalında iştirak edən dünya ulduzlarından ancaq Röyanı tanıyanlar, (Balayev Rasim də içində olmaqla) Röya haqda yersiz danışır. Çünki həmin adamların çoxu bu günə qədər Kann film festivalında göstərilən filmlərə baxmayıblar. Adamların Kann film festivalı haqda təsəvvürləri  yoxdur. Röya da Röyadı, dünyaya göstərdi ki, mən sizin oyunçulardan daha yaxşı oyunçuyam”.

Aktyor və rejissor Rza Rzayev (Drakon) qeyd edib:

“Röya xanım Kann festivalına kiminsə yerinə getməyib, qanunu pozmayıb, rüşvət verməyib, başqaların qazancına göz dikməyib; o, bacarmadığı vəzifəni tutmur, “dost, qardaş” dediyi adam dünyasını dəyişəndən sonra onun yerinə sədr olmayıb, “dost, qardaş” dediyi adamı çətin anında tək qoymayıb, səhər dediyi sözü axşam təkzib etməyib. O, sadəcə bacardığı və uğurlu olduğu işlə məşğuldur. Həmçinin başqaları kimi yaltaqlıq etmir, vəzifə sahiblərinə tərif demir, vəzifə tutanların qarşısında əl barmaqlarını ayaq barmaqlarına vurmur və vəzifəsini itrənlərin arxasından danışmır”.

Siyasi şərhçi Telman İsa isə Mədəniyyət Nazirliyinə və nazir Adil  Kərimliyə müraciət edərək, Röya Ayxandan Xalq artisti fəxri adının alınmasını tələb edib:

“Bu sağa-sola paylanılan xalq artisti adının altında imtiyazlanan 2 ayaqlıların oğru jarqonlarından xəbəriniz varmı? Bu nə əda, davranışdır? Hara gedirik? Gənclərə bu cür miras qoyulur? Bu nə özünü buraxmaqdır?

Xalq artisti Röya Ayxan: “Başlayaq sən Ayaz Salayevdən…Ayaz Salayev, məni görürsən? Özünü yığışdır!”.

Mənə görə sözün bitdiyi yerdir! Digər tərəfdən Ayaz hoca sizi söyməyib, döyməyib, Kann festivalının bilicisi kimi, tədbirin qaydalarını izah edib. İzah edib ki, festivala aidiyyəti olmayan bəzi xalq artistləri Bakıya döndükdə bu millətin başına corab keçirməsin, sui-istifadə hallarına yol verməsinlər!

Nəhayət. Mənə görə, necə ki, hərbdə və digər sahələrdə general rütbələri əlindən alınan şəxslərə rast gəlinir, bu anarxiyalı incəsənət sahəsinə soxulmuş bəzi mikrobların da fəxri adları əllərindən alınmalıdır ki, qazları çıxsın.

Xalq artistləri böyük Rəşid Behbudov, dünyaçaplı Müslüm Maqomayev və bu çapdan olan şəxsiyyətlər idi. Onlar Azərbaycan mədəniyyətini, zəngin musiqisını, xalqımızın kimliyini göylərə qaldırardılar. Dahi Müslümü kimsə tərifləyəndə, adam utanardı, tərləyərdi, başını aşağa salardı.Onun bu mübhəm davranışını böyük Mistislav Rastrapoviç həmişə nümunə gətirər, təqdir edərdi”.

Yazıçı, dramaturq Ülviyyə Heydərova da Xalq artistinə dəstək olub:

“A kateqoriyalı festivalda tamaşaçı və ya sənətçi kimi iştirak etmək mümkündür. Dünya kino sənətinin diqqət mərkəzində olan bu festivala yüzlərlə, minlərlə biznesmen, model, şou-biznes, sənət adamları gedir. Festivalda müsabiqədə qatılmaq, yarışmaq, münsiflərin rəyini, qiymətini almaq, yer tutmaq başqadır, festivalda iştirak etmək başqadır.

Məşhur Türk aktyorları hər il hansısa şirkətin sponsorluğu ilə Kannda iştirak edirlər. Gedirlər qəşəngcənə poz verirlər, gəlirlər. Amma hər hansı filmi ilə festivala qatılmaq bu ayrı mövzudur.

Röyaya gəlincə. Əgər onun o festivalda iştirak etmək imkanı yaranıbsa, niyə də getməsin? Festivala gedib, iştirak edib, poz verib, zövq alıb. Hamıya olar, ona olmaz?”

“Azvision” saytının baş redaktoru Vüsal Məmmədov isə qalmaqala bu cür mövqe bildirib:

“Söhbət o deyil ki, niyə Kann Festivalına Röya gedib. Gedib – əcəb edib. Pulu var, bilet alıb gedib. Heç kim qarışa bilməz.

Kann festivalı kimi tədbirlərdə bizi ilk növbədə kinomuz, çəkdiyimiz filmlər, rejissorlarımız, kino sənətkarlarımız təmsil etməlidir. Bəli, Röya da gedə bilər. Amma burada əsas vurğu “da” hissəciyinin üstünə düşür. Röya da gedə bilər, amma Azərbaycan ilk növbədə Kannda, Berlində, Venesiyada kinosu ilə təmsil olunmalıdır”.

Texnobloger Fərid Pərdəşünas isə qeyd edib ki, Röya Ayxanın aldığı “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatının Kann Film Festivalına heç bir aidiyyəti yoxdur:

“Bu mükafat sadəcə həmin tarixdə və eyni məkanda keçirilən bir kənar tədbirə aiddir. Tədbirin isə yalnız kiçik bir Instagram səhifəsi var. Rəsmi saytlarını belə tapa bilmədim”.

Fərid Pərdəşünas əlavə edir ki, Kannın qırmızı xalçasına çıxmaq heç də əlçatmaz bir proses deyil:

“Mən 2018-ci ildən bəri o xalçada az qala salto vurmadığım qalıb. Hələ mən Kannın digər yaradıcılıq tədbirinə rəsmi media olaraq dəvət alıram. Akkreditasiyalarla daxil oluram. Kim istəyirsə, gələn il 10,000 dollara onu da apararam”.

Onun fikrincə, Röya Ayxan və Anar Ağakişiyevin qırmızı xalçaya çıxması şəxsi təşəbbüsdür, şəxsi əlaqələr və şəxsi PR addımıdır.

“İstədikləri kimi geyinərlər, şəkil çəkdirərlər və paylaşarlar. Lakin bunu mediada uğur kimi qələmə vermək (və ya verdirmək), ölkə adına danışdırtmaq doğru deyil.

Faktiki olaraq uğur — orada göstərilən filmlərin yaradıcı heyətində yer alaraq o qırmızı xalçaya çıxmaqdır. Bu isə indiki halda aktual olmayıb. Film festivalına tanış dəvəti, media qeydiyyatı və digər əlaqələrlə giriş alıb iştirak etmək mümkündür. İstəyən olsa, gələn il 10 min dollara göndərə bilərəm.

Uğura gəlincə, mən düşünürəm ki, Röya xanım elə eyni şəhər və elə eyni binada keçirilən “NRJ Music Awards”da səhnə alması daha doğru olardı. Çünki NRJ müğənni yarışı və mükafatıdır. Burada qazanmaq isə o qədər də asan məsələ deyil.

Məncə, daha yaxşı danışılmalı olan məsələ bu il ilk dəfə Kann Film Festivalında bir Azərbaycan mediasının (Filmaç) Hacı Səfərov timsalında təmsil olunmasıdır”.

medianews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 May 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Çaki öldü

29 May 2025 00:07see121

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see121

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see120

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see120

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see117

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see116

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see116

Xırdalanda mübahisə qanla bitdi: döyüb bıçaqladılar

29 May 2025 00:46see116

2025 ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu İnfoqrafika

29 May 2025 04:35see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Krımda, Belbek yarmarkasında ilk etnik moda nümayişi keçirilib

29 May 2025 01:09see114

Oktyabrda verilməli olan qərar indi açıqlanır Bir gecədə qərar verildi

28 May 2025 23:16see114

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see114

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see113

Britaniya döyüş texnologiyalarının inkişafına bir milyard funt sterlinqdən çox vəsait ayıracaq

29 May 2025 08:59see113

Çili ilə İsrail arasında gərginlik Hərbi attaşeləri geri çağırıldı

29 May 2025 08:14see113

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see113

Bakıda DÇ 2025 in yarımfinalçıları müəyyənləşir

29 May 2025 09:02see112

Kainatda tək deyilik: Naməlum siqnallar mənbəyi aşkarlandı

29 May 2025 06:03see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri