Ani Lorak Xalq artisti adından məhrum edildi
Icma.az, Axsham.az saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, Ukraynanın Xalq artisti Ani Lorak Rusiya vətəndaşlığı alıb.
Axşam.az-ın rus mediasına istinadən verdiyi məlumata görə, Lorakın adı "Mirotvorets" (red. - "Ukraynanın düşməni" hesab edilən şəxslərin siyahısının dərc olunduğu sayt) məlumat bazasına daxil edilib. O, Ukraynanın sanksiyalarına məruz qalıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.
Sanksiyalar arasında aktivlərin bloklanması, ticarət əməliyyatlarına qadağa və Ukrayna ərazisindən kapitalın çıxarılması daxildir. Bundan əlavə, Lorak dövlət mükafatlarından və ölkənin "Xalq artisti" fəxri adından məhrum edilib.
Qeyd edək ki, Ani Lorak Ukraynanı tərk edib və son illər Rusiyada yaşayır.

Kirkorov xalq artisti adından məhrum edildi
22 Noyabr 2024 15:23
Onlar Xalq artisti adından məhrum edildilər
22 Noyabr 2024 19:34
Ani Lorak Maldiv adalarında evləndi
13 Mart 2025 12:31
Ani Lorak Rusiya vətəndaşlığı aldı
19 İyun 2025 10:26
Onlar xalq artisti adından məhrum edildilər Ukraynada
22 Noyabr 2024 16:17

