Icma.az
close
up
RU
Xalq artisti: Babam qardaşının göbək kəsdisini qaçırıb

Xalq artisti: Babam qardaşının göbək kəsdisini qaçırıb

Sonxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xalq artisti: "Babam qardaşının "göbək kəsdisi"ni qaçırıb"

Xalq artisti Qurban İsmayılov uşaqlıq illəri və ailəsi ilə bağlı maraqlı açıqlamalar verib.

Ölkə.az xəbər verir ki, bu barədə aktyor jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə" layihəsində danışıb.

Obrazlarından söz açan sənətçi əslində onların aqressiv olmadığını söyləyib:

"Mən belə görmüşəm ki, səhv edəndə üstümə qışqırıblar. Düşünürəm ki, biz bunu etməklə uşağımıza xeyir edirik, qışqırırıq ki, uşaq başa düşsün ki, olmaz. Bu addım o dərəcədə düz deyil ki, mən qışqırıram, dəhşətə gəlirəm, həyəcanlanıram. Bəlkə də başqa ssenaridə bunu daha yumşaq ifadə edən ata-babaya rast gəlsəm, onu elə oynayaram. Kiçik qardaşım məndən bir yaş balacadır. Babam onun adını öz adına yaraşdırıb qoyub. Deməli, nənəm anadan olanda onu babamın qardaşına "göbək kəsdi" ediblər. Babam da gedib, böyüyüb, sonra 35-40 yaşında kəndə qayıdıb, görüb ki, nənəm nə qəşəngdir! Baxmayıb ki, qardaşının "göbəkkəsməsi"dir. Nənəm də deyir, mən kuklayla oynayırdım, məni təndirə qoydu ki, burada gözlə, səni aparacam. Axşam da qaçırdıb. Babamın qardaşı acıq edib, kənddən gedib, ölənə kimi bir-birilərini danışdırmayıblar, görüşməyiblər. Onun adı nə olsa, yaxşıdır? Qurban. Qardaşını danışdırmayıb, lakin onun adını mənə qoyub. Bəlkə də babam istəyib ki, o gəlsin, hərəsi 80 il yaşayıb. Sonradan eşitdik ki, babamın qardaşı Əlibayramlıda bərbər kimi çalışıb. Qızı da bizi tapdı, onda babam rəhmətə getmişdi, gəldi-getdi. Sonradan bilmədim, qohumluq alınmadı. Babam balaca qardaşımı çox istəyirdi. Onunla həyətdə nəsə işləyirdilər, məni çağırırdılar, tez nənəmə deyirdim ki, bunlar məni işə çağırır. Nənəm də deyirdi ki, ona dəyməyin, mənə dəymirdilər. Ona görə babamın məndən çox xoşu gəlmirdi. Ölümündən əvvəl beyninə soyuq olmuşdu, onda bir dəfə mənə xoş söz dedi. Ayağını yuyanda dedi ki, Qurban, sənə qurban olum.

Bu, mənim qulağımdadır. Yadıma düşəndə pis oluram. Mən də onlardan aqressiya görmüşəm. Aqressiya düşmən kimi deyil ki, o onun oğludur, hökmlü olurdular. Mən isə övladlarımla dost kimiyəm. On yaşlı övladım var, deyirlər ki, ərköyün böyüdürsən. Ona heç nə deyə bilmirəm. Belə qışqırıram, görürəm ki, dediyimi etmir. Məsələn, deyirəm dərs oxu, yarım saat keçir, deyirəm nə oldu? Qayıdır ki, bir dəqiqə. Oyun oynayır axı. Gedirəm, 1 saat sonra gəlirəm ki, yenə həmin şeydir".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 04 Dekabr 2024 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri