Xalq artisti Emin Ağalarov Bakıda çayxana tikir
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində qeyri-yaşayış (çayxana) binasının tikintisinə icazə verib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi sahəsi 1 364,39 kv. metr olacaq çayxana 1 mərtəbədən ibarət olacaq.
Məlumat üçün bildirək ki, daha əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binalarının, ticarət mərkəzinin və 4 mərtəbəli avtodayanacağın tikintisinə də icazə verib.
Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
26 Noyabr 2024 15:44
Emin Ağalarov Bakıda orta məktəb tikir
14 İyul 2025 16:25
Xalq artisti Emin Ağalarov “Ağ qara filmlərin qəhrəmanları” albomunu buraxıb
22 Noyabr 2025 09:08
Emin Ağalarov Bakıda Avropanın ən böyük kazinosunu açacaq
02 Avqust 2025 18:26
Emin Ağalarov xanımı ilə…
25 İyul 2025 23:54
Baxış sayı:73
Bu xəbər 05 İyun 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















