Xalq artisti Emin Ağalarov “Ağ qara filmlərin qəhrəmanları” albomunu buraxıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycanın Xalq artisti Emin Ağalarov (EMIN) “Ağ-qara filmlərin qəhrəmanları” albomunu buraxıb.
AZƏRTAC xəbər verir ki, bəzi kompozisiyalar sənətçiyə 45 illik yubileyi münasibətilə “Lotus Music” leyblından olan dostları və həmkarları, Bahh Tee və Konstantin Nonikov tərəfindən hədiyyə edilib. Mahnılar yubileyə qədər bir il ərzində hazırlanıb, sonra EMIN onları lentə alıb və reliz üçün əsas kimi istifadə edib.
Hər mahnı romantika və səmimiyyətlə dolu qısametrajlı film hekayəsi kimidir. Eyni zamanda, albom öz aranjimanı və əhvali-ruhiyyəsi ilə müasirliyini qoruyub saxlayır.
Mahnılar siyahısına 14 kompozisiya daxil olub, onların arasında artıq sevilən mahnılar, eləcə də yeni, əvvəllər yayımlanmamış mahnılar da var.
Ani Lorak, Jah Khalib, Ellai və Asia ilə duetlər xüsusi yer alıb. Ən yaddaqalan hadisələrdən biri də Ani Lorakla birgə çəkilmiş klip olacaq - vizual cəhətdən güclü və həssas bir əsərdir.
“Ağ-qara filmlərin qəhrəmanları” albomu bütün rəqəmsal musiqi platformalarında əlçatandır. (https://bnd.lc/geroichbf).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 22 Noyabr 2025 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















