Icma.az
close
up
RU
Xalq artisti Firəngiz Mütəllimovanın doğum günüdür

Xalq artisti Firəngiz Mütəllimovanın doğum günüdür

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün xalq artisti Firəngiz Mütəllimovanın ad günüdür.

AZXEBER.COM xəbər verir ki, Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə anadan olub.

1976-80-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1980-ci ildə Akademik Milli Dram Teatrına aktrisa kimi işə götürülüb. Elə ilk gündən ona məsul rollar tapşırılıb və istedadının dəyərli çalarları üzə çıxıb.

Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq kinolara çəkilib, televiziya tamaşalarında iştirak edib.

Üçillik fasilədən sonra 1996-cı ildən aktrisa yenidən Akademik Milli Dram Teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, yeni əsərlərdə rollar oynayıb: Gözəl ("Qılınc və qələm”, M. S. Ordubadi), Qumral ("Əliqulu evlənir”, S.Rəhman), Bəyim, Aynur, Mələk, Gülnaz, Gülruh, Gülnaz ("Xurşidbanu Natəvan”, "Büllur sarayda”, "Bizim qəribə taleyimiz”, "Mahnı dağlarda qaldı”, "Şeyx Xiyabani”, "Tənha iydə ağacı”, İ.Əfəndiyev), Sonya, Firəngiz ("Sizi deyib gəlmişəm”, "Təhminə və Zaur”, Anar), Anna ("Həyatın dibində”, M. Qorki), Reya ("Böyük Romul”, F.Dürrenmatt), Tereza ("Biganələr oteli”, R. İbrahimbəyov), Əsmər ("Günah”, R. Əlizadə), Nisə xanım ("Lənkəran xanın vəziri”, M.F.Axundzadə), Maral ("Sənsiz”, Ş.Qurbanov), Nədidə ("Qanlı Nigar”, S.Şendil), Aysulu ("Sokratı anma gecəsi”, Ç.Aytmatov və M.Şahanov), Arvad, Gülzar, Qadın ("Mənim ərim dəlidir”, "Poçt şöbəsində xəyal”, "Arılar arasında ”, Elçin), Sevər ("Bu dünyanın adamları” H. Orucov), Həvva, Raisa ("Varlı qadın”), "Mesenat” Ə. Əmirli), Qadın ("Son məktub”, S.Sveyq) və s.

Firəngiz Mütəllimova Azərbaycan Dövlət Televiziyasında hazırlanmış iyirmidən çox teletamaşada müxtəlif səpkili rollar ifa edib. Onlardan: Gülnar ("Səni axtarıram”, "Bağışla”, "Səndən xəbərsiz”, A.Qəhrəmanov), Mərcan ("Evləri köndələn yar”, Anar), Ana və qız, Nazan ("Unutmaq olmur”, "Yad qızı”, Əlibala Hacızadə), Almaz ("Topal Teymur”, Hüseyn Cavid), Almaz ("Göz həkimi”, İslam Səfərli), Günay ("Səninlə və sənsiz”, Marat Haqverdiyev), və s. rolların bədii estetik keyfiyyətlərini xüsusi qeyd etmək olar.

Aktrisa "Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş "Qaçaq Nəbi” (Sərvinaz), "Qocalar, qocalar” (Leyli), "Bəyin oğurlanması” (Telli), "İşarəni dənizdən gözləyin” (Sona), "Mənim ağ şəhərim” (Ana) bədii filmlərinə, "Şərəf” (Mila xanım) telefilmlərinə çəkilib.

Firəngiz Mütəllimova 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 2002-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub,  2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 May 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri