Icma.az
close
up
RU
Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Bu gün Xalq artisti Hacıbaba Bağırovun anım günüdür. Onun vəfatından 19 il ötür.

BAKU.WS xəbər verir ki, Hacıbaba Ağarza oğlu Bağırov 1932-ci il iyun ayının 12-də Bakıda doulub.

Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta məktəbi bitirəndən sonra onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib çıxarıb. Orada sənət korifeylərindən dərslər alıb – nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.

1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib, bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyib.

1959-1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik edib.

1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu kollektivdə Fuad ("Almas"), Şahsuvar ("Komsomol poeması"), Rəşid ("Anacan") kimi müxtəlif səpkili rollar oynayıb.

1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub. Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Soltan bəy, "O olmasın, bu olsun"da Məşədi İbad, Z.Hacıbəyovun "50 yaşında cavan"ında Orduxan, S.Ələsgərovun "Həmişəxanım"ında Cəbi Cüməzadə, "Hardasan, ay subaylıq"da Novruzəli, Ə.Abbasovun "Həyətim mənim-həyatım mənim"ində Qulam, E.Sabitoğlunun "Hicran"ında Mitoş, "Nəğməli Könül"də Fərzəli, V.Adıgözəlovun "Nənəmin şahlıq quşu"nda Cəsarət, S.Hacıbəyovun "Qızılgül"ündə Nadir, A.Məşədibəyovun "Toy kimindir?" əsərində Uzun, E.Sabitoğlu, T.Vəliyevanın "Bankir Adaxlı", "Sizinlə gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş" trilogiyasında Sonqulu, "Məhəbbət oyunu"nda Nuruş, "On min dollarlıq keyf"də Fərzəli kimi tamaşaçıların dərin rəğbətini qazanmış rollarla milli mədəniyyətimizin inkişafına xidmət edib.

Teatrla yanaşı kino sahəsində də fəaliyyəti uğurlu olub. "Ulduz"da Möhsün, "Mehman"da Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma-almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.

1974-cü ildə Respublikanın Əməkdar Artisti, 1982-ci ildə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb. H.A.Bağırov Azərbaycan Respublikası Prezidentinin 11 iyun 1998-ci il tarixli, 717 nömrəli Fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilib.

1989-cu ildən 1996-cı ilədək yaratdığı "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub. 2001-ci ildə E.Sabitoğlu, T.Vəliyevanın "Bankir adaxlı" tamaşasına görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.

Hacıbaba Bağırov 4 oktyabr 2006-cı il tarixində vəfat edib. II Fəxri Xiyabanda dəfn edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 Oktyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see260

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see243

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see206

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see202

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see197

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see162

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see148

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see145

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see142

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see141

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see140

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see139

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see138

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see137

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see135

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see134

Bu qanunlar artıq qüvvədədir Siyahı

01 Yanvar 2026 21:39see132

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see129

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see128

98 yaşlı Ömər Eldarovun Dilarə Kazımova ilə rəqsi diqqət çəkdi VİDEO

01 Yanvar 2026 18:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri