Icma.az
close
up
RU
Xalq artisti Əliabbas Qədirovun vəfatından 19 il ötür

Xalq artisti Əliabbas Qədirovun vəfatından 19 il ötür

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Xalq artisti Əliabbas Qədirovun anım günüdür. Onun vəfatından 19 il ötür. 

Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Bakıdakı 31, 176, 43, 36, 105 saylı orta məktəblərdə təhsil alıb. On birinci sinfi 105 saylı məktəbdə bitirib. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. "Dəmiryolçular" klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. Romantik, monumental tamaşalarda rollar oynamaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənib.

O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, ixtisas kurs rəhbəri xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub.

Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının "Aydın" (Surxay), Hüseyn Cavidin "Azər", Afanasi Salinskinin "Təbilçi qız" (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov onu Akademik teatrda quruluş verdiyi Hüseyn Cavidin "Xəyyam" faciəsində Yusif roluna dəvət edib. Ancaq tamaşanın premyerası uzanıb və 12 mart 1970-ci ildə göstərilib. Elə bu səhnədə ilk addımından teatr ictimaiyyətinin nəzər diqqətində olub. O, 1970-ci il aprel ayının 6-dan Milli Dram Teatrının aktyoru olub.

Məşhur aktyor 26 dekabr 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru təyin edilib. Aktyor Azərbaycan Dövlət Televiziyasında çoxlu tamaşalarda oynamış, uzun illər əvvəlcə gənclər üçün "Məşəl", sonralar əyləncə xarakterli "Komediyalar aləminə səyahət" verilişlərinin aparıcısı olmuşdur. Onun oynadığı tamaşaların bir qismi televiziyanın "Qızıl fond"una daxildir. Onlardan Süleyman Sani Axundovun "Laçın yuvası" (Cahangir), Məmməd Muradın "Təkan" (Dilqəm), İlyas Əfəndiyevin "Atayevlər ailəsində" (Cahangir), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Heydər bəy), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (Fərhad), Mar Bayciyevin "Duel" (İsgəndər), Dazortsevin "Qəbula gələn sonuncu adam" (Kişi) əsərlərinin teletamaşalarında Əliabbas Qədirovun yaradıcılığının daha parlaq şəkildə təcəssümünü görürük.

Əliabbas Qədirov teatrla yanaşı, kino aktyoru kimi də məşhurdur və böyük uğurlar qazanıb. Hətta o məhz kinorejissor Eldar Quliyevin çəkdiyi "Sevinc buxtası" iki seriyalı bədii filmindəki Nazim roluna görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Aktyor bundan əlavə "Azərbaycanfilm"də "Xatirələr sahilində" (İmran), "Nəğmə dərsi" (Ata), "Nə yaxşı ki, Səməd Vurğun var" (Vaqif), "Bizim evin kişisi" (Mansur), "Qızıl uçurum" (Cəlil), "Qocalar" (Fəriz), "Babək" (Fəzl), "Dənizdən işarə" (Sultanov), "Sevinc buxtası" (Nazim) kimi kinolentlərinə çəkilib.

Vaxtilə rejissor Hüseyn Seyidzadənin çəkdiyi eyniadlı filmdə Qatır Məmməd rolunu məharətlə ifa edib. Lakin Moskva "millətçi" ruhuna görə o filmin ekrana çıxmasına icazə verməyib.

2006-cı ildə martın 8-də Əlabbas Qədirov 60 yaşında leykemiya xəstəliyindən (ağ qan xərçəngi) vəfat edib. O, İkinci Fəxri Xiyabanda dəfn edilib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:353
embedMənbə:https://baku.ws
archiveBu xəbər 08 Mart 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri