Icma.az
close
up
RU
Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi qeyd olunub

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 30-da Heydər Əliyev Sarayında tanınmış aktyor, Xalq artisti, "Şöhrət" ordenli professor İlham Namiq Kamalın 75 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, mədəniyyət və teatr xadimlərinin iştirakı ilə keçirilən yubiley gecəsində Xalq artistinin həyat və yaradıcılığından, onun Azərbaycan teatrındakı xidmətlərindən, aktyorluq və pedaqoji fəaliyyətindən ətraflı söz açılıb.

Tədbirdə Xalq artistinin iştirak etdiyi tamaşalardan, filmlərdən parçalar göstərilib.

Bildirilib ki, İlham Namiq Kamal müxtəlif teatrların səhnəsində yaratdığı biri-birindən maraqlı rolları ilə böyük tamaşaçı məhəbbəti qazanıb. O, uzun illər ərzində qazandığı bu sevginin nəticəsində çağdaş teatr sənətimizin tanınmış nümayəndələrindən birinə çevrilib.

İlham Namiq Kamal hər zaman özünü şanslı aktyor hesab edib. Gəncliyindən bu günə qədər ona istədiyi rolları həvalə ediblər. O isə istedad və bacarığını səfərbər edərək yüksək sənət nümunələri yaradıb. Özünün dediyinə görə, demək olar ki, həsrətində olduğu heç bir obraz yoxdur. Bu haqda söhbət düşəndə zarafatla deyir ki, mən niyə obrazların həsrətini çəkməliyəm, qoy rollar mənim həsrətimi çəksinlər. İlham Namiq Kamal sənətinin formulu budur.

Onun yaradıcılığında yumora və satiraya meyil güclüdür. Lakin bununla belə aktyor ən müxtəlif janrlarda olan əsərlərdə də maraqlı obrazlar yaradıb. Bu obrazlar bir qayda olaraq daxili və xarici rəngarənglik vəhdətində təqdim olunur, onların bədii bütövlüyü tamaşaçını valeh edir. Aktyor obrazın müəllif ideyasına və rejissor yozumuna müvafiq olaraq Cəfər Cabbarlının yazdığı kimi, "nitq cildi"nin və "hərəkət" toplusunun vəhdətində təqdim edir. Teatrda olduğu kimi, ekranda yaratdığı obrazların da bədii bütövlüyünə və xarakter rəngarəngliyinə çalışır.

"Azərbaycanfilm"in istehsal etdiyi ekran əsərlərində, onlarca televiziya verilişində satirik obrazlarda, "Mozalan" satirik kinojurnalında yüzə yaxın bədii süjetdə uğurla çıxış edən aktyor tamaşaçıların sevimlisinə çevrilib.

Gecədə 75 yaşlı sənətkar tədbirin əvvəlindən sonunadək həm yubilyar, həm aparıcı, həm də iştirakçı kimi səhnədə çıxış edib.

Yubilyar bütün iştirakçılara təşəkkürünü çatdırıb və bundan sonra da Azərbaycan teatrının inkişafı naminə yorulmadan fəaliyyət göstərəcəyini söyləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Noyabr 2024 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri