Icma.az
close
up
RU
Xalq artisti İlham Namiq Kamalın doğum günüdür

Xalq artisti İlham Namiq Kamalın doğum günüdür

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycanın Xalq artisti, aktyor, teatr rejissoru İlham Əhmədovun (İlham Namiq Kamal) doğum günüdür.

Oxu.Az xatırladır ki, İlham Əhmədov 1949-cu il yanvarın 9-da Bakı şəhərində anadan olub. Əslən Şamaxıdandır.

O, 1966-cı ildə 31 saylı orta məktəbi bitirərək Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.

SSRİ Xalq artisti Adil İsgəndərovun və Azərbaycan SSR Xalq artisti Rza Təhmasibin kursunda təhsil alıb. Tələbə vaxtı fransız ədibi Jan-Batist Molyerin "Jorj Danden" satirik komediyasının tamaşasında baş qəhrəman rolunu uğurla oynayıb.

1968-ci il dekabrın 16-da onu institutun tədris teatrının aktyor truppasına qəbul ediblər. Bu kollektivdə "Mirzə Cavad" ("Aydın", Cəfər Cabbarlı), "Şvester" ("Meteor", Fridrix Dürrenmatt), "Lomov" ("Elçilik", Anton Çexov), "Rekrutçu" ("Sahildə bir ev", Stefan Sveyq), "Baş katib" ("Sehirli kreslo", Friteş Korinti), "Molla Səbzəli" ("Üləma məclisi", Mirzə Ələkbər Sabirin şerləri əsasında) rollarını oynayıb.

O, 1971-ci il noyabrın 25-dən 1972-ci il fevralın 2-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor truppasında olub. Fevralın 3-dən Akademik Milli Dram Teatrında aktyor işləyib.

1989-cu il martın 20-də istedadlı gənc rejissor Hüseynağa Atakişiyevin təşkil etdiyi Gənclər Teatrına keçib. Bu kollektiv 1993-cü il yanvarın 26-dan Azərbaycan Dövlət Gənclər Teatrı kimi fəaliyyət göstərir. İlham Namiq Kamal bu gənc kollektivin səhnəsində dörd il çalışıb. Burada Stanislav Stratiyevin "Çarəsiz sərnişinlər" ("Məsuliyyətsiz"), Rəhman Əlizadənin "Dadaşbala əməliyyatı" ("Dadaşbala"), İsi Məlikzadənin "Sultanqulu körpüsü" ("Sultanqulu"), Robber Tomanın "Arvadımın qatili" ("Daniel"), Vaqif Səmədoğlunun "Dağ tikirik" ("Kələntər"), Georgi Xuqayevin "Arvadımın əri özüməm" ("Kazbek") pyeslərinin səhnə təfsirində, "Gül, sevin, gül" (müxtəlif sifət-maskalar) şou-tamaşasında baş rolları ifa edib.

Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda, 1989-1991-ci illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edib. Bu teatrda dramaturq Georgi Xuqayevin və bəstəkar Eldar Mansurovun "Sevgilimin anası və yaxud evlənmə əhvalatı" ("Albadam"), Cahangir Aslanoğlu və Həsənağa Qurbanovun "Qarğa, məndə qoz var" ("Adil", "Farmazov", "Aşıq", "Professor" və "Əyyaş"), rus bölməsində Eduardo de Filippov və Fərəc Qarayevin "Fulimeno Marturano" ("Domeniko Soriano") musiqili komediyalarında oynayıb.

1993-cü il iyunun 14-də bu truppadan çıxıb və özünün "İlham" Miniatür Teatrını yaradıb. Direktor və bədii rəhbər olduğu bu teatrda həm quruluşçu rejissor, həm də aktyor kimi çalışıb. Teatrda hazırlanan bütün tamaşalara quruluş verir və onların əksəriyyətində baş rollarda oynayır.

1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, "Estrada sənəti" kafedrasının müdiridir.

2013-cü il iyunun 25-də "Şöhrət" ordeni ilə təltif edilib.

2014-cü il martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına layiq görülüb.

2023-cü il dekabrın 13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Yanvar 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri