Xalq artisti: Məni övladlığa vermişdilər, ata anamdan doğmalıq görmədim
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xalq artisti Mələkxanım Əyyubova etirafı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, o ilk dəfə ailə sirrini bölüşüb.
Belə ki xanəndə uşaq vaxtı ailəsinin onu övladlığa verdiyini bildirib.
"Ailəmizdə bibimi çox istəyirdilər. Onun övladı olmurdu. Böyük bacımı və qardaşlarımı övlad kimi ona vermişdilər. Ancaq böyük olduqları üçün gedib qalmayıblar. Öz ailələrini tanıyırdılar. Bibim məni çox əzizləmişdi, o qədər sevgi vermişdi ki, öz ailəm barədə deyilənlərə qulaq asmadım. Ona ana kimi öyrəşmişdim. Ata-anamdan incik idim. Uşaq vaxtı biruzə verməsəm də, onlardan övlad doğmalığını görə bilmədim. Bibim buna icazə verməyib. Onlara bağanacağımdan, geri qayıtmağımdan qorxurdu.
Şəhərdə böyümüşəm, burada oxumuşam. Valideynlərimi az görürdüm. İstər-istəməz soyuqluq yarandı. Öz ailənlə yaşamaq, qardaş-bacınla böyümək ayrı doğmalıqdır. Onları dayı, onların uşaqları kimi bilmək başqadır. 7 uşaqlı ailədə doğulub, tək böyümək əskiklik hissi yaradır, pis hissdir".
Hüseyn
Milli.Az
Baxış sayı:122
Bu xəbər 16 May 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















