Icma.az
close
up
RU
Xalq artisti Mənsum İbrahimov: Estafet etibarlı əllərdədir

Xalq artisti Mənsum İbrahimov: Estafet etibarlı əllərdədir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 iyun, AZƏRTAC

Bu il anadan olmasının 140 illiyini qeyd etdiyimiz dahi bəstəkarımız Üzeyir Hacıbəylinin yazdığı “Leyli və Məcnun” Şərq dünyasının ilk operasıdır. 1908-ci ildə Bakıdakı Tağıyev teatrında premyerası keçirilən bu səhnə əsəri Azərbaycan mədəniyyətinin ən qiymətli sənət nümunələrindən biri sayılır. “Leyli və Məcnun”un 100 illiyinin UNESCO səviyyəsində qeyd edilməsi operanın dünya miqyasında tanınmasını göstərən faktlardan biridir. Təsadüfi deyil ki, 2008-ci ildə bu nüfuzlu qurumun Baş Konfransında operanın yubileyi xüsusi tarixlər siyahısına daxil olunub.

Üzeyir bəyin yaratdığı ölməz əsərdə görkəmli xanəndələr Məcnun obrazı ilə səhnəyə çıxıblar. Xalq artisti, Milli Konservatoriyanın kafedra müdiri Mənsum İbrahimov Məcnun rolunun ən uğurlu ifaçılarından biri kimi milli opera tariximizdə iz qoyub.

Görkəmli sənətkar AZƏRTAC-a bildirib ki, bu gün Akademik Opera və Balet Teatrında çox istedadlı gənclər çalışır. Həmin gənc xanəndələr Məcnun rolunda səhnəyə çıxırlar: “Sənətdə ənənə çox vacib məsələlərdən biridir. Akademik Opera və Balet Teatrında bu məsələyə xüsusi önəm verilir. Bu teatrın səhnəsində ilk addımlarımızı atanda ustadlarımız bizi Məcnun obrazına hazırlayıb, öz xeyir-dualarını veriblər. Biz də onların başladığı bu yolu davam etdirir, gənclərə etimad göstəririk”.

Mənsum İbrahimov qeyd edib ki, bu gün estafet etibarlı əllərdədir: “Son illər teatrımızın səhnəsinə yeni Məcnunlar gəlir. Belə istedadlı xanəndələrdən biri də Əməkdar artist Elnur Zeynalovdur. Elnur artıq neçə ildir ki, Məcnun obrazı ilə teatrımızın səhnəsinə çıxır və onun ifası hər dəfə də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır”.

Qeyd edək ki, Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Elnur Zeynalov milli operalarımızda əsas partiyaları ifa edir. İstedadlı xanəndə “Leyli və Məcnun”da Məcnun, “Aşıq Qərib”də Aşıq Qərib, “Əsli və Kərəm”də Kərəm obrazları ilə tanınır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see234

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see165

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see151

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see146

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see143

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see141

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri