Xalq artisti Möhsün Sənaninin xatirəsi anılıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 2 may, AZƏRTAC
Mayın 2-də Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənaninin anadan olmasının 125 illiyi münasibətilə xatirə gecəsi keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı olub.
Xatirə gecəsində çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev M.Sənaninin “Qız qalası” filmindən başlayaraq 40 illik müddətdə milli kino sənətimizi maraqlı rollarla zənginləşdirdiyini qeyd edib.
Tədbirdə professorlar İlham Rəhimli və Məryəm Əlizadə, Xalq artisti Əbdül Mahmudov, Əməkdar incəsənət xadimi Rimma Məmmədova, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov görkəmli sənətkar haqqında danışıblar.
Sonda aktyorun ailə üzvləri adından qızı Gülər Sənani çıxış edərək, tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.
Tədbir boyu M.Sənaninin həyat və yaradıcılığını özündə əks etdirən nadir kinoxronika və aktyorun çəkildiyi filmlərdən fraqmentlər nümayiş etdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 02 May 2025 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















