Icma.az
close
up
RU
Möhsün Sənaninin vəfatından 44 il ötür

Möhsün Sənaninin vəfatından 44 il ötür

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Möhsün Sənani öz bənzərsiz istedadı, dərin sənətkarlığı və gənc nəslə göstərdiyi qayğı ilə hər zaman yaddaşlarda qalıb. Oxumaq, oynamaq və çalmaq bacarığı ilə seçilən sənətkarın əsl soyadı Cəfərov, səhnə təxəllüsü isə Sənani olub.

BAKU.WS xəbər verir ki, bu gün Möhsün Sənaninin vəfatından 44 il ötür.

Möhsün Sənani 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində dünyaya gəlib. Hələ uşaq yaşlarında valideynlərini itirən Sənani nənəsinin himayəsində böyüyüb. 1906-cı ildə nənəsi onu mədrəsəyə göndərərək mollalığa hazırlamaq istəyir. Lakin gənc Möhsün bu yolu davam etdirmir. 1908-ci ildə nənəsinin vəfatından sonra xalası Molla Zinyət onu himayəyə götürür. Maraqlıdır ki, Molla Zinyət məşhur aktyor Əli Qurbanovun anasıdır.

Ailəsinin maddi çətinliklərinə baxmayaraq, Möhsün Sənani hələ 9 yaşından işləməyə başlayır. O, Tiflisin "Şeytanbazar" məhəlləsində müxtəlif ağır işlərdə çalışır. Lakin onun əsl həvəsi teatr olur.

Səhnəyə ilk addımlar

Teatra olan marağı onu Tiflisdəki həvəskar aktyor dərnəklərinə aparır. İlk dəfə 1911-ci ildə geniş tamaşaçı qarşısına çıxan Möhsün, 1912-ci ildən isə həvəskar tamaşalarda iştirak etməyə başlayır. Onun teatr sənətində ilk ustadı Tiflisin məşhur aktyoru Mirzəxan Quliyev olub.

1915-ci ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanan "Kaveyi-Ahəngər" tamaşasında Möhsün gənc dəmirçi Kavənin oğlunu canlandırır. Bu rol onun aktyor kimi yüksəlişinə təkan verir və o, teatr sənətinə tamamilə bağlanır. Tiflis truppasında Mirzəli Abbasov, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Əli Qurbanov və digər sənətkarlarla birlikdə çalışır.

1921-ci ildən Möhsün Sənani Bakıya köçərək Azərbaycan teatr səhnəsində parlayır. O, Heydər bəy, Süleyman bəy, Qoçu Əsgər ("Məşədi İbad"), Kasio ("Otello") və Rzaqulu ("Nadir Şah") kimi unudulmaz obrazlar yaradır.

M.Sənani yalnız teatrda deyil, həm də Azərbaycan kinosunda yaddaqalan obrazlar yaradıb. "Səbuhi", "O olmasın, bu olsun", "Sehrli xalat" kimi filmlərdəki rolları bu gün də sevilir.

50 ildən çox teatr səhnəsində çıxış edən Möhsün Sənani, xalqımızın qəlbində dərin iz qoyan sənətkarlardandır. Onun zəngin təcrübəsi və sənətkarlıq yolu bu gün də gənc aktyorlar üçün örnəkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 Fevral 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri