Xalq artistindən Qurban Qurnanova dəstək: Sizinlə fəxr edirik
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda Bakıda Niderlandın "Ayaks" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
"Cebheinfo.az" xəbər verir ki, oyundan sonra bir sıra rəylər qeyd olunub.
Xalq artisti Tünzalə Ağayeva isə şəxsi “İnstagram” hesabında matçla bağlı fikirlərini bölüşüb:
“Əziz FK Qarabağ, əziz Qurban müəllim, sizə sadəcə bir vətəndaş olaraq təşəkkür etmək istəyirəm.
Nə gözəl zamana gəlib çatmışıq ki, dünyada hər bir klubun sizin yerinizdə olmağı, arzuladığı Çempionlar Liqasında öz əzmkar oyununuzla bizə bu həyəcanı yaşadırsınız. Tənqid etməyə nə var ki? Bunu hamımız bacarırıq! Təki bütün sahələrdə sizin qədər beynəlxalq uğurlarımızı olsun. Sizinlə fəxr edirəm!”
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 11 Dekabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















