Icma.az
close
up
RU
Xalq artistinə NDU nun Fəxri professoru diplomu verilib

Xalq artistinə NDU nun Fəxri professoru diplomu verilib

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrın 8-də Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Xalq artisti Mənsum İbrahimov və sənətkarın 65 illik yubileyi çərçivəsində Naxçıvanda konsert proqramı ilə çıxış edəcək nümayəndə heyəti ilə görüşüb.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Xalq artisti Elçin Həşimov, Əməkdar artistlər Elnur Əhmədov, Nuriyyə Hüseynova, Təyyar Bayramov, Elnur Zeynalov, Muğam Televiziya müsabiqəsinin qalibi Güllü Muradova, həmin müsabiqənin laureatı Gülzar Fərəcova və universitetin rəhbər şəxsləri iştirak ediblər.

Rektor Elbrus İsayev qonaqları salamlayıb, dəvəti qəbul edib iştirak etdikləri üçün təşəkkürünü bildirib. Rektor "Şöhrət" və "Şərəf" ordenli, professor Mənsum İbrahimovu 65 illik yubileyi münasibətilə təbrik edib, sənətkarın Azərbaycan muğam sənətinin inkişafında müstəsna xidmətlərindən bəhs edib. Elbrus İsayev Xalq artistinin dəfələrlə univeritetdə qonaq olduğunu xatırladıb, dəyərli sənətkarın professor-müəllim heyəti ilə görüşüb və universitetin konservatoriyasında kadr hazırlığında təmənnasız dəstək olduğunu, ustad dərsləri keçdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Mənsum İbrahimovun Azərbaycan muğamının inkişafında xüsusi xidmətləri var və onun zəngin ifaçılıq məktəbi, ustad sənətkarın yetişdirdiyi gənc xanəndələr milli musiqi mədəniyyətimizin gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır.

Görüşdə ali təhsil ocağının kolektivi adından çıxış edən natiqlər Azərbaycan musiqisinin canlı əfsanəsi, Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru, Muğam kafedrasının müdiri Mənsum İbrahimov ilə ali təhsil ocağındakı görüşün xüsusi və yaddaqalan tarix olduğunu bildiriblər.

Xalq artisti Mənsum İbrahimov görüşdən məmnunluğunu ifadə edib, ölkəmizdə hər zaman mədəniyyət, incəsənət xadimlərinə xüsusi diqqətin, dövlət dəstəyinin olduğunu vurğulayıb. ”Muğam mədəniyyət musiqisidir və biz sənətdə illərdir ölkəmizin, Qarabağın səsi olduq”, – deyə qeyd edən sənətkar ali təhsil müəssisəsində belə bir görüşün təşkilindən çox şad olduğunu diqqətə çatdırıb. Qalib ölkənin ifaçılarının yetişdirilməsində pay sahibi olmağın böyük qürur olduğunu söyləyən Mənsum İbrahimov: “Məni Naxçıvana bağlayan çox böyük dəyərlər var”,– deyə qeyd edib.

Rektor Elbrus İsayev universitetdə milli dəyərlərimizin və onu yaşadan sənətkarların hər zaman əsas tutulduğunu bildirib və ali təhsil ocağının Elmi Şurasının qərarı ilə böyük sənətkar Mənsum İbrahimova “Naxçıvan Dövlət Universitetinin Fəxri professoru” diplomunu təqdim edib, görüşdən xatirə olaraq Azərbaycan milli musiqi alətlərinin yağlı boya ilə çəkilmiş rəsm əsərini hədiyyə edib.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı və dəvəti ilə gün sonunda Heydər Əliyev Sarayında Xalq artisti Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunub.

1/13

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri