NDU nun rektoru Səmərqənd Dövlət Tibb Universitetinin Fəxri professoru diplomuna layiq görülüb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Naxçıvan, 16 may, AZƏRTAC
Mayın 16-da Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və universitetin nümayəndə heyəti Özbəkistanın Səmərqənd şəhərində keçirilən Tələbələrin və gənc tədqiqatçıların 79-cu elmi-praktik konfransında iştirak edib.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rektor Elbrus İsayev açılış tədbirində çıxış edib.
Dünyanın müxtəlif ölkələrindən 35 universitetin təmsil olunduğu konfransda rektor Elbrus İsayevə "Səmərqənd Dövlət Tibb Universitetinin Fəxri professoru" diplomu təqdim olunub.
Elbrus İsayev Səmərqənd Dövlət Tibb Universitetinin Elmi şurasının qərarı ilə tibb sahəsində beynəlxalq əməkdaşlıqların qurulmasında, Beynəlxalq Tibbi Forumu, Türk Dövlətlərinin Tibbi Konqresini təsis və uğurla rəhbərlik etdiyinə görə həmin diploma layiq görülüb.
Qeyd edək ki, universitetin Tibb fakültəsinin 7 tələbəsi də konfransda nümayəndə heyətinin tərkibində yer alıb. Tələbələr konfrans çərçivəsində panellərdə çıxış edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 16 May 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















