Icma.az
close
up
RU
Xalq artistinin saxtakarlığı

Xalq artistinin saxtakarlığı

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Eminqueyin "Xalqın sevgisi" adlı yazısını təqdim edir.

İndi qarşıma İlqar Muradovun açıqlaması çıxıb. Məllim deyir ki, musiqi mənə çox böyük var-dövlət gətirib. Bu, insanların sevgisidir. Heç nə bu var-dövləti əvəz edə bilməz.

Açığı, İlqar Muradovun səsini də, mahnılarını da sevirəm. Sənətinə hörmətim böyükdür. Amma düşünürəm ki, qarnı çıxan kişilər üçün bu cür açıqlamalar faydalıdır. İdman-zad boş söhbətdir. Bu qarnı ancaq belə əritmək olar. Aşağı-yuxarı bir çox sənətçi belə açıqlamalar verir, çıxışlar edir tez-tez.

Bu sənətçilərin etdiyi ən böyük saxtakarlıqdır.

Hansına da baxırsan, görürsən ki, tfu-tfu, göz dəyməsin, əməlli-başlı imkanları var. Bir otağının yazdığı işıq pulu mənim üç aylıq ümumi kommunal xərclərimə bərabərdir.

A kişi, bu imkana çatandan sonra mən də belə açıqlama verərəm. Yuxudan da durğuzub soruşsanız ki, var-dövlət sizin üçün nədir, deyərəm ki, mənim var-dövlətim xalqımın sevgisidir. Hətta adımı dəyişib "Xalq", soyadımı da "Sevgisi" eləyərəm. Çünki rahatam, sosial rifahım əladır, bircə mənəvi zad lazımdır, onun da ənkəsi xalqın sevgisidir.

Üstəgəl, bu "xalqın sevgisi" bir növ də qalxan rolunu oynayır. İlqar məllim, üstünüzə götürməyin, amma ölkədə xalqın sevgisinə bürünüb min hoqqadan çıxan o qədər adam var ki. Təkcə xalqın sevgisi yox, Vətən, Qarabağ, Allah və s.

Məllim, xalqın sevgisi elə özü biznes üçün sərmayədir də. Toydan qazanırsan, biznesə yatırırsan, olur möhtəşəmül-şəhanə, əntiqeyi-şengamlıq.

Fikir verin, kasıb sənətçi ilə varlı sənətçinin bu sözü deməyində belə fərq var. Kasıb sənətçi bunu deyəndə büzüşür, qolları yanına düşür, mütləq qurduğu cümlələrdə "amma" olur. Yəni çarəsiz halda qəbul edir bu həqiqəti. Başqa yolu yoxdur. Yeganə təsəllisi odur ki, cibi boşdur, amma xalq sevir. Biri də var, varlı sənətçi. Bax belə, qısa-konkret. Xalqın sevgisi ən böyük var-dövlətdir.

Yox, indi belə düşünək də. Sən dünyanın bu boyda gərdişinə xalqın sevgisilə necə sinə gərə bilərsən? Marketə gedəndə, kassada xalqın sevgisi keçirmi? Ödəniş aparatları xalqın sevgisini götürürmü? Kartdan xalqın sevgisini çəkib övladına, həyat yoldaşına hədiyyə ala bilirsənmi? Özü də qarşıdan "8 mart" gəlir. Ümumiyyətlə, xalqın sevgisi ilə dolanmaq necə olur?

Ətiniz tökülməsin...

Sonda yazımı oxuyan hər kəsə təşəkkür edirəm.

Əziz oxucular, bütün bahalaşmalara rəğmən məni yaşadan sizin sevginizdir. Sizin sevginiz mənim ən böyük var-dövlətimdir.

Sizin alqışlarınızla nəfəs alıram...

Öləndə də sərnişinləri düşünən pilotlarımız Nəyi sübut etmək istəyirsiniz? Tik-tokda xəstə adamları canlı yayıma çıxaranlar
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://kulis.az
archiveBu xəbər 10 Mart 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri