Icma.az
close
up
RU
Xalq artistinin saxtakarlığı Eminquey Akif

Xalq artistinin saxtakarlığı Eminquey Akif

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Eminqueyin "Xalqın sevgisi" adlı yazısını təqdim edir.

İndi qarşıma İlqar Muradovun açıqlaması çıxıb. Məllim deyir ki, musiqi mənə çox böyük var-dövlət gətirib. Bu, insanların sevgisidir. Heç nə bu var-dövləti əvəz edə bilməz.

Açığı, İlqar Muradovun səsini də, mahnılarını da sevirəm. Sənətinə hörmətim böyükdür. Amma düşünürəm ki, qarnı çıxan kişilər üçün bu cür açıqlamalar faydalıdır. İdman-zad boş söhbətdir. Bu qarnı ancaq belə əritmək olar. Aşağı-yuxarı bir çox sənətçi belə açıqlamalar verir, çıxışlar edir tez-tez.

Bu sənətçilərin etdiyi ən böyük saxtakarlıqdır.

Hansına da baxırsan, görürsən ki, tfu-tfu, göz dəyməsin, əməlli-başlı imkanları var. Bir otağının yazdığı işıq pulu mənim üç aylıq ümumi kommunal xərclərimə bərabərdir.

A kişi, bu imkana çatandan sonra mən də belə açıqlama verərəm. Yuxudan da durğuzub soruşsanız ki, var-dövlət sizin üçün nədir, deyərəm ki, mənim var-dövlətim xalqımın sevgisidir. Hətta adımı adımı dəyişim "Xalq", soyadımı da "Sevgisi" eləyərəm. Çünki rahatam, sosial rifahım əladır, bircə mənəvi zad lazımdır, onun da ənkəsi xalqın sevgisidir.

Üstəgəl, bu "xalqın sevgisi" bir növ də qalxan rolunu oynayır. İlqar məllim, üstünüzə götürməyin, amma ölkədə xalqın sevgisinə bürünüb min hoqqadan çıxan o qədər adam var ki. Təkcə xalqın sevgisi yox, Vətən, Qarabağ, Allah və s.

Məllim, xalqın sevgisi elə özü biznes üçün sərmayədir də. Toydan qazanırsan, biznesə yatırırsan, olur möhtəşəmül-şəhanə, əntiqeyi-şengamlıq.

Fikir verin, kasıb sənətçi ilə varlı sənətçinin bu sözü deməyində belə fərq var. Kasıb sənətçi bunu deyəndə büzüşür, qolları yanına düşür, mütləq qurduğu cümlələrdə "amma" olur. Yəni çarəsiz halda qəbul edir bu həqiqəti. Başqa yolu yoxdur. Yeganə təsəllisi odur ki, cibi boşdur, amma xalq sevir. Biri də var, varlı sənətçi. Bax belə, qısa-konkret. Xalqın sevgisi ən böyük var-dövlətdir.

Yox, indi belə düşünək də. Sən dünyanın bu boyda gərdişinə xalqın sevgisilə necə sinə gərə bilərsən? Marketə gedəndə, kassada xalqın sevgisi keçirmi? Ödəniş aparatları xalqın sevgisini götürürmü? Kartdan xalqın sevgisini çəkib övladına, həyat yoldaşına hədiyyə ala bilirsənmi? Özü də qarşıdan "8 mart" gəlir. Ümumiyyətlə, xalqın sevgisi ilə dolanmaq necə olur?

Ətiniz tökülməsin...

Sonda yazımı oxuyan hər kəsə təşəkkür edirəm.

Əziz oxucular, bütün bahalaşmalara rəğmən məni yaşadan sizin sevginizdir. Sizin sevginiz mənim ən böyük var-dövlətimdir.

Sizin alqışlarınızla nəfəs alıram...

Sevdiyin qız üçün özünü öldürməyi... - Oğuz Ayvazın şeirləri Rəhim Əliyev: "Oğluma inamım böyükdür" - Açıqlama Məşhur aktrisa vəfat edib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 Mart 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri