Icma.az
close
up
RU
Xalq artistinin səhhəti PİSLƏŞDİ

Xalq artistinin səhhəti PİSLƏŞDİ

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyev sədrlik etdiyi proses Ağadadaş Ağayevin sağlıq durumu ilə bağlı prosesə qatılmaması səbəbindən baş tutmayıb.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə - silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. İş üzrə 2 zərərçəkmiş şəxs tanınıb. Bu şəxslər "MedEra Hospital"ın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilovdur.

Ötən prosesdə təqsirləndirilən Ağadadaş Ağayev sərbəst ifadə verib, prokurorun, zərərçəkən və hakimin suallarını cavablandırıb.

Ağadadaş Ağayev məhkəmədə qalmaqallı ifadə verib, mühafizəçi Nurəddin Cəlilova ardıcıl hücumları zamanı əlində olan baltanın oyuncaq olmasını sübut etməyə çalışıb.

"Onun adı baltadır, əslində balta deyil!" "O, ət baltası deyil, oyuncaqdır" deyə Ağadadaş Ağayev bildirib. O, zərərçəkənlər Nurəddin Cəlilovun və Nəzakət Paşayevanın xanım vəkillərinin hadisənin baş vermə səbəblərinin ortaya çıxarılmasına xidmət edən suallarına cavab verməkdən yayınıb.

"Sən mənə sual verə bilməzsən!" "Bu, nə suallardır mənə verir? İçki içirsən, içmirsən? Ara adamı kimi suallar verir. Dombalaq aşırsan, aşmırsan..." şəklində, olduqca aqressiv tonda cavab verməklə, vəkilləri "savadsız" adlandırmaqla diqqət çəkib.

Vəkillər Ağadadaş Ağayevin aqressiv tonunun psixoloji durumundan qaynaqlana biləcəyini əsas gətirməklə növbəti proseslərdə onun məhkəmə-psixiatrik ekspertizadan keçirilməsi üçün vəsatət verəcəklərini istisna etməyiblər.

Yada salaq ki, məhkəmənin ilk iclasında zərərçəkmiş Nurəddin Cəlilovun vəkili vəsatətlə çıxış edərək təqsirləndirilən şəxsin əməlində daha ağır əməlin əlamətləri mövcud olduğunu deyib.

Onun sözlərinə görə, əməldə 29,120.2.2- ci (qəsdən xuliqanlıq niyyəti adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələri ilə ittihamın əlamətləri var, baltanı zərərçəkmişə tərəf atması istintaq sənədləri ilə sübuta yetirilib:

"Zərərçəkmiş şəxs bu barədə istintaq zamanı vəsatət verib. Amma vəsatət təmin edilməməklə zərərçəkmiş şəxsin hüququ pozulub. Biz işin ibtidai istintaqa qaytarılmasını istəyirik".

Vəkil Ağadadaş Ağayevin barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəsə də, dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığını demişdi. Hakim vəsatəti təmin etməyib.

Məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub. Cinayət işlərindən birində Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır.

Tamamlanaraq Binəqədi Rayon Məhkəməsinə göndərilən cinayət işi də məhz budur. Bu il oktyabrın 31-nə təyin olunan məhkəmənin hazırlıq iclasına Ağadadaş Ağayev qatılmamışdı. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. Hazırda Nurəddin Cəlilovun cinayət işi üzrə istintaq davam edir.

Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin müttəhim statusunda olduğu cinayət dosyesi üzrə tərəflər ibtidai istintaq zamanı 1 dəfə üzləşdiriliblər. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutan və 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı "məişət əşyası" adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb.

Xatırladaq ki, iyulun 22-də Binəqədi rayonu ərazisində baş vermiş insidentdən sonra Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edib.

Bundan sonra onun balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov Musavat TV-nin qonağı olub. Baş vermiş insidentin detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onunla barışa biləcəyini dilə gətirib.

Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşmandır və üzrxahlıq da edib. Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti ötən müddət ərzində reaksiya verməyib. Ağadadaş Ağayevin vəkili Şəfa Camalzadə isə müvəkkilinin ona uzanan barışıq əlini sıxıb-sıxmayacağına aydınlıq gətirməyib. İnsidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev "MedEra Hospital"ın yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova bir dəfə deyil, 3 dəfə hücum edib.

Nurəddin Cəlilov Musavat.com-un əməkdaşına deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb xalq artistinin ona nalayiq ifadələr işlətməsi olub:

"Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən "MedEra Hospital"a gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermirdim. Sonra o, yenə təkidlə mənə "bura gəl, qorxma, gəl bura" deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq "ermənidən əmələ gələn, sənə demirəm bura gəl...", - deyə qışqırmağa başladı. Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı".

Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra Ağadadaş Ağayev əlində balta "MedEra Hospital"ın həyətinə doğru irəliləməyə başlayıb:

"Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan "mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz!" ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir, mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur. Əgər məsələ Ağadadaş Ağayevin dediyi kimidirsə, ona həkim lazım olubsa, niyə mənə hücum etmək əvəzinə elə "MedEra"ya daxil olmurdu? Məni 3 dəfə balta ilə "MedEra"nın qapısına qədər qovan Ağadadaş Ağayev niyə 1 dəfə hospitalın içinə daxil olub həkim istəmədi?"

Ağadadaş Ağayevə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.

İttiham təsdiqlənərsə, müttəhim 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Məhkəmə prosesi 8 yanvar, 2025-ci ilə kimi təxirə salınıb.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Dekabr 2024 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see362

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see344

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see340

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see274

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see271

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see254

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see251

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see249

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see245

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see245

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see234

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see233

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see233

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see220

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see207

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see202

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see194

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see185

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see184

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri