Xalq Bank I rübün yekunlarını AÇIQLADI
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
2025-ci ilin I rübünün yekunlarına əsasən, ölkənin ən böyük özəl banklarından biri olan "Xalq Bank"ın aktivləri ötən ilin analoji dövrünün sonu ilə müqayisədə artaraq 3,044 mlrd manat təşkil edib.
"Unikal" xəbər verir ki, qeyd olunan tarixə Bankın kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) 1.8 % artaraq 1,887 mlrd manat, banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərin həcmi 1,819 mlrd manat təşkil edib.
2025-ci ilin I rübünün sonuna Bankın cəmi kapitalı ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 12.5%, yəni 57.7 mln manat artaraq 519.1 mln manat, xalis mənfəəti 11.86 mln manat təşkil edib.
Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə "Xalq Bank" Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlayıb.
Baxış sayı:118
Bu xəbər 15 Aprel 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















