Icma.az
close
up
RU
Xalq Bank 2024cü ilin yekunlarını AÇIQLADI

Xalq Bank 2024cü ilin yekunlarını AÇIQLADI

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Ölkənin aparıcı banklarından olan "Xalq Bank"ın 2024-cü ilin sonuna xalis mənfəəti illik müqayisədə 26.2% artaraq 65,7 milyon manat təşkil edib. Qeyd edək ki, 2023-cü ilin müvafiq dövründə bank 52,1 milyon manat xalis mənfəət əldə etmişdi. 

"Unikal" xəbər verir ki, 2024-cü il ərzində əsas maliyyə göstəricilərində stabil mövqe nümayiş etdirən Bankın aktivlərinin həcmi ötən ilin sonu ilə müqayisədə stabil qalaraq hesabat dövrünün sonuna 3, 068 mlrd manat təşkil edib. Kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) artaraq 1 937,62 mln manat, banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərin həcmi 1 905,36 mln manat təşkil edib, Bankın cəmi kapitalı 511 mln manata çatıb. Aktivlərdən səmərəli istifadə nəticəsində ötən il ilə müqayisədə hesabat dövründə səhmdar kapitalı üzrə gəlirlilik əmsalı (ROE) 10.55%-dən artaraq 13.44 %, aktivlər üzrə gəlirlilik əmsalı (ROA) isə 1.82%-dən artaraq 2.18% təşkil edib. 

2024-cü ilin il ərzində Bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% artaraq 183,96 mln manata, qeyri-faiz gəlirləri isə 41,5% artaraq 42,8 mln manata yüksəlib.

2024-cü ilin iyul ayında Moody’s Ratings beynəlxalq reytinq agentliyi Xalq Bankın fəaliyyətini təhlil edərək kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsinə yüksəldib. Agentlik Bankın reytinq üzrə proqnozu “stabil” olmaqla yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsinə yüksəldib.

Davamlı inkişaf və sosial məsuliyyət prinsiplərini dəstəkləyən Xalq Bank 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşuldu.

Bank “Xalq Əmanəti” mədəni-sosial layihəsini 2024-cü ildə də davam etdirmişdir. May ayında layihənin 24-cü nəşri -  azərbaycanlı rəssam Cahid Camalın həyat və yaradıcılığına həsr edilmiş bədii albom geniş ictimaiyyətə təqdim olunmuşdur.

Qeyd edək ki, ölkənin aparıcı banklarından olan "Xalq Bank" 2024-cü ildə növbəti 3 il üçün yeni İnkişaf Strategiyasını təsdiqləmişdir. Bu dövr ərzində Bank yüksək korporativ idarəetmə standartı tətbiq edən müştəri yönümlü, universal və texnoloji bank olmaqla bazarda sağlam və davamlı böyüməni hədəfləyir. Rəqəmsallaşmanın geniş tətbiqi və daxili nəzarət mühitinin inkişafı prioritet istiqamət kimi müəyyən edilib.

Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.

"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:340
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Yanvar 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri